"Azərbaycanla saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir" - Aİ səfiri
Gəncə Şəhər İcra Hakimiyyətində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Mariyana Kuyundciç və Aİ-yə üzv ölkələrin səfirləri ilə görüş keçirilib 525.az xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qobaqları salamlayaraq onlara şəhər ha

Gəncə Şəhər İcra Hakimiyyətində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Mariyana Kuyundciç və Aİ-yə üzv ölkələrin səfirləri ilə görüş keçirilib 525.az xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qobaqları salamlayaraq onlara şəhər haqqında məlumat verib İcra başçısı deyib ki, Gəncə ölkənin ikinci ən böyük sənaye şəhəridir. Azərbaycanda yeganə Aqrar Universitet məhz Gəncədə fəaliyyət göstərir. Şəhərdə daha 2 universitet və 3 kollec fəaliyyət göstərir, ADA Universiteti öz filialını açlb. Bakıdan sonra ən böyük hava limanı Gəncədədir, dəmir yolu da böyük zavodlar fəaliyyət göstərir Aİ səfiri Mariyana Kuyundciç deyib ki, ümumilikdə 17 Aİ səfiri “Avropa Şəhərciyi” çərçivəsində Gəncəyə səfər edib. İlk bu tədbirin Gəncədə keçirilməsindən 10 il, Aİ-Azərbaycan tərəfdaşlığının qurulmasından isə 30 il ötür “Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru olmaqdan qürur duyur, biz əməkdaşlığı daha da gücləndirməyə sadiqik”, -səfir deyib, əlavə edib ki, bu günlərdə Aİ və Azərbaycan Tərəfdaş Prioritetlərinin mətni razılaşdırıb Əlavə edib ki, Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir Səfir həmçinin vurğulayıb ki, Gəncə şəhəri də Avropa İttifaqının dəstəyindən faydalanır və Aİ şəhərin inkişafına yönəlmiş layihələri maliyyələşdirməkdən qürur duyur
Diğer Haberler

Konstansada Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz uçan aparat partlayıb. Ukrayna hakimiyyəti Rumıniyaya vaxtında xəbərdarlıq etməyib

BAPF pensiya yığımlarının çıxarılması üçün yeni adekvatlıq hədlərini dərc edib
