Finlandiyada böyük qalmaqal - Azərbaycanlı dənizçiyə ağır ittiham
Finlandiyanın hüquq-mühafizə orqanları "Fitburg" gəmisinin bosmanı olan Azərbaycan vətəndaşına rəsmi ittihamlar irəli sürüb Modern.az Finlandiyanın "Yle" nəşrinə istinadən xəbər verir ki, o, Rusiya vətəndaşı olan gəmi kapitanı ilə birlikdə Helsinki və Tallin arasında yerləşən sualtı telekommunikasi

Finlandiyanın hüquq-mühafizə orqanları "Fitburg" gəmisinin bosmanı olan Azərbaycan vətəndaşına rəsmi ittihamlar irəli sürüb Modern.az Finlandiyanın "Yle" nəşrinə istinadən xəbər verir ki, o, Rusiya vətəndaşı olan gəmi kapitanı ilə birlikdə Helsinki və Tallin arasında yerləşən sualtı telekommunikasiya kabellərinin zədələnməsində təqsirləndirilirhər. İstintaq onların hərəkətlərini ağır diversiya və telekommunikasiya şəbəkələrinin işinin pozulması kimi qiymətləndirib. Finlandiya qanunvericiliyinə görə, təqsirləndirilən şəxsləri 10 ilə qədər həbs cəzası gözləyir İlkin mərhələdə 4 ekipaj üzvü şübhəli qismində cəlb edilsə də, yekun istintaq nəticəsində ittihamlar yalnız iki nəfərə - kapitan və bosmana qarşı irəli sürülüb Xatırladaq ki, "Fitburg" gəmisinin heyəti 14 nəfər Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşlarından ibarətdir Gəmi ötən il 31 dekabr tarixində Finlandiya polisi tərəfindən saxlanılıb. Buna səbəb Finlandiya körfəzi boyunca uzanan və Helsinki ilə Tallini birləşdirən Elisa sualtı telekommunikasiya kabelinə zərər vurulması ilə bağlı şübhələr olub


