Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanlı dizaynerin kolleksiyaları Astanada mükafata layiq görülüb

Astanada keçirilən beynəlxalq “Central Asia Green Runway” ekoloji moda nümayişi çərçivəsində tanınmış azərbaycanlı dizayner Gülnarə Xəlilovanın kolleksiyaları mükafata layiq görülüb. Tədbir beynəlxalq “RES 2026 EXPO” ekoloji texnologiyalar sərgisi çərçivəsində baş tutub AZƏRTAC xəbər verir ki, tədb

0 baxışazertag.az
Azərbaycanlı dizaynerin kolleksiyaları Astanada mükafata layiq görülüb
Paylaş:

Astanada keçirilən beynəlxalq “Central Asia Green Runway” ekoloji moda nümayişi çərçivəsində tanınmış azərbaycanlı dizayner Gülnarə Xəlilovanın kolleksiyaları mükafata layiq görülüb. Tədbir beynəlxalq “RES 2026 EXPO” ekoloji texnologiyalar sərgisi çərçivəsində baş tutub AZƏRTAC xəbər verir ki, tədbirdə dizaynerin iki yeni kolleksiyası təqdim olunub: “Upcycling” - materialların təkrar istifadəsi və onlara yeni dəyər verilməsi konsepsiyası, həmçinin orta əsr Azərbaycan miniatür sənətindən və xalça ornamentlərindən ilhamlanan “Miniatür” kolleksiyası Gülnarə Xəlilova açıqlamasında bildirib ki, “Green Runway Fashion Show” dizaynerlər, ekoloqlar, investorlar və dövlət qurumlarının nümayəndələri arasında dialoq platformasına çevrilib. Onun sözlərinə görə, tədbir Mərkəzi Asiya və Azərbaycanın davamlı moda və kreativ sənayelər sahəsində potensialını nümayiş etdirməyə xidmət edib. Layihə çərçivəsində moda sənayesində estetik dəyərlərin ekoloji məsuliyyət və regional mədəni kimliklə uzlaşdırıldığı yeni model təqdim olunub Qeyd edək ki, Gülnarə Xəlilova - Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etno-Dizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru və “Cizgi” brendinin sahibidir. Onun kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler