Azərbaycandan Gürcüstana pul köçürmələri 20%-ə yaxın azalıb
Ötən ay Azərbaycandan Gürcüstana 2,76 milyon ABŞ dolları həcmində pul köçürülüb APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib İllik müqayisədə məbləğ 19,42% azalıb. Gürcüstana daxil olan pul köçürmələrində Azərbaycanın payı 0,81% olub Hesabat ayınd

Ötən ay Azərbaycandan Gürcüstana 2,76 milyon ABŞ dolları həcmində pul köçürülüb APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib İllik müqayisədə məbləğ 19,42% azalıb. Gürcüstana daxil olan pul köçürmələrində Azərbaycanın payı 0,81% olub Hesabat ayında Gürcüstandan Azərbaycana isə 7,28 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib ki, bu da ötən ilin analoji göstəricisindən 38% çoxdur May ayında xarici ölkələrdən Gürcüstana ümumilikdə 339,85 milyon ABŞ dolları həcmində pul köçürmələri daxil olub. Gürcüstandan xarici ölkələrə göndərilən pul vəsaitlərinin həcmi isə 37 milyon ABŞ dolları təşkil edib


