Azərbaycanda xarici platformaların fəaliyyəti üçün qeydiyyat şərti gətirilir
Azərbaycanda fəaliyyət göstərən xarici platformalar ölkədə rəsmi qeydiyyatdan keçməli olacaq, əks halda onlara maliyyə sanksiyaları və internet trafikinin məhdudlaşdırılması tətbiq edilə bilər Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq si

Azərbaycanda fəaliyyət göstərən xarici platformalar ölkədə rəsmi qeydiyyatdan keçməli olacaq, əks halda onlara maliyyə sanksiyaları və internet trafikinin məhdudlaşdırılması tətbiq edilə bilər Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb Belə ki, qanun layihəsinə əsasən, Azərbaycanda istifadəçilərə xidmət göstərən xarici hüquqi şəxs olan provayderlər ölkə ərazisində filial və ya nümayəndəlik yaradaraq dövlət qeydiyyatına alınmalıdır Layihəyə görə, provayderlər dövlət qurumları ilə operativ əlaqə yaratmaq üçün əlaqə mərkəzi formalaşdırmalı, ictimai məlumatlandırma aparmalı və istifadəçilərin rəsmi dövlət dilində müraciət imkanını təmin etməlidir Dəyişikliklərdə həmçinin göstərilir ki, müvafiq dövlət orqanlarının sorğuları 5 iş günü ərzində cavablandırılmalı, təqdim olunan məlumatlar isə tam və dürüst formada verilməlidir Qanun layihəsinə əsasən, tələblərə əməl etməyən platformalara əvvəlcə xəbərdarlıq ediləcək. Pozuntular davam edərsə, 100 min manat maliyyə sanksiyası tətbiq olunacaq, sonrakı mərhələlərdə isə əlavə cərimələr, reklam yerləşdirmə qadağası və internet trafikinin mərhələli şəkildə 20, 50 və 90 faizədək azaldılması üçün məhkəməyə müraciət mümkün olacaq Bundan başqa, məhkəmə qərarları ilə tətbiq olunan məhdudiyyətlərlə bağlı işlərə 5 gün ərzində baxılması nəzərdə tutulur və qərarlardan şikayət verilməsi onların icrasını dayandırmayacaq


