Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
Azərbaycan müstəqillik dövründə sürətli iqtisadi inkişaf və urbanizasiya prosesləri ilə müşayiət olunan mənzil siyasəti sahəsində mühüm nailiyyətlər əldə edib. Ölkə əhalisinin hazırda 55 faizdən çoxu şəhərlərdə yaşayır ki, bu da Cənubi Qafqazda ən yüksək göstəricilərdəndir. Lakin əhalinin qeyri-mütə

Azərbaycan müstəqillik dövründə sürətli iqtisadi inkişaf və urbanizasiya prosesləri ilə müşayiət olunan mənzil siyasəti sahəsində mühüm nailiyyətlər əldə edib. Ölkə əhalisinin hazırda 55 faizdən çoxu şəhərlərdə yaşayır ki, bu da Cənubi Qafqazda ən yüksək göstəricilərdəndir. Lakin əhalinin qeyri-mütənasib şəkildə paytaxt Bakı və Abşeron yarımadasında cəmləşməsi (hazırda təxminən 2,6 milyon nəfər, proqnozlara görə 2030-cu ilə qədər bu rəqəm 3-3,5 milyona çata bilər) mənzil siyasətinin əsas çağırışlarından biridir Bu fikirlər Azərbaycan Texniki Universitetinin baş müəllimi Pərvin Hacıyevanın “Azərbaycanda urbanizasiya və şəhərsalma kontekstində mənzil siyasəti” sərlövhəli yazısında yer alıb. AZƏRTAC məqaləni təqdim edir Son illərdə dövlət tərəfindən şəhərsalma sahəsində mühüm addımlar atılıb. 2026-cı ilin məlumatına əsasən, ölkənin 79 şəhərindən 68-nin Baş planı yenilənib. Xüsusilə Nazirlər Kabineti tərəfindən 2023-cü ilin dekabrında təsdiq edilmiş 2040-cı ilədək Bakının Baş planı polisentrik (çoxmərkəzli) və kompakt şəhər modelini, inteqrasiya olunmuş ictimai nəqliyyatı və piyada əlçatanlığını nəzərdə tutur. Bu plana əsasən, Bakıda yaşayış sahəsi tikintisi üçün 9 min hektar ərazi ayrılıb və 2040-cı ilə qədər əlavə təxminən 143 min mənzilə ehtiyac olacağı proqnozlaşdırılır Mənzil siyasətinin həyata keçirilməsində üç əsas mexanizm önə çıxır: Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyəti, “İcarəyə götürülmüş yaşayış sahələrinin satış öhdəliyi ilə verilməsi” (Rent-to-Own) mexanizmi və ipoteka kredit sistemi. MİDA tərəfindən dövlət hesabına əlverişli mənzillərin tikintisi həyata keçirilir və hazırda Agentliyin 19 layihəsi üzrə 11 mindən çox ailə mənzil əldə edib. “Rent-to-Own” mexanizmi isə vətəndaşlara 25 il müddətinə sabit aylıq ödənişlə mənzil sahibi olmaq imkanı yaradır və bu alətdən 9300-dən çox ailə yararlanıb. 2005-ci ildən fəaliyyət göstərən ipoteka kredit sistemi çərçivəsində isə 58400-dən çox vətəndaş ipoteka krediti götürüb, verilmiş kreditlərin ümumi həcmi 3,9 milyard manatı ötüb Bundan əlavə, məcburi köçkünlər və qaçqınlar (ölkədə 1 milyondan çox) üçün geniş mənzil proqramları həyata keçirilib, işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində 85 mindən çox insanın köçürülməsi təmin olunub Statistik göstəricilər mənzil tikintisində artımı təsdiqləyir: cü illərdə hər 1000 nəfərə düşən mənzillərin sayı 2,6 dəfə, ümumi sahəsi isə 3,6 dəfə artıb. 2025-ci ildə isə mənzil qiymətlərində ölkə üzrə 13,8 faiz artım müşahidə edilib. Bununla belə, mövcud təhlillər göstərir ki, yeni tikilən mənzillərin orta ölçüsü gənc ailələrin və 25-35 yaşarası şəxslərin real tələbinə tam uyğun gəlmir Tədqiqat nəticəsində mənzil siyasətinin təkmilləşdirilməsi üçün qısa, orta və uzunmüddətli perspektivlərdə şəffaflığın artırılması, vahid məlumat bazasının yaradılması, regional inkişafın stimullaşdırılması və yaşıl tikinti standartlarının tətbiqi kimi istiqamətlər üzrə tövsiyələr işlənilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


