Azərbaycanda süni intellektlə bunları edənlər 7 min manat cərimələnəcək
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqı

Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" qanunlara dəyişikliyi imzalayıb Sənədə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materiallar hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq Qanuna görə, eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə - 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq Bundan başqa, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yaymanın 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq Sənədə görə, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir Prezident İlham Əliyevin qanunun tətbiqi ilə əlaqədar müvafiq fərmanına əsasən isə Nazirlər Kabineti qanundan irəli gələn məsələləri həll etməlidir Bakıda bu restoranın fəaliyyəti dayandırıldı - Foto Bu ərazilərdə qaz kəsiləcək 22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi Yasamal ictimaiyyəti Ulu Öndərin xatirəsini əziz tutur - Fotolar Pensiyaya çıxanları təhlükə gözləyir - Çıxış yolu açıqlandı Heydər Əliyev və mədəni dəyərlər mövzusunda konfrans keçirildi - FOTO ABŞ-da qəribə nəzəriyyə yenidən gündəmdə: Trampın oğlu zaman səyahətçisidir? Günün ulduz falı: Mühüm qərarlar verməli olacaqsız İran nüvə silahına sahib olmamağa razıdır - Tramp Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası... - Dəhşətli faktların üstü açıldı Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçaturyan açıqladı Gəncədə qızqaçırtma zamanı bıçaqlı dava: 4 nəfər yaralandı - Yeniləndi Azərbaycanda ilk dəfə: bu yolu saatda 130 kilometr sürətlə getmək mümkündür Azərbaycanda süni intellektlə bunları edənlər 7 min manat cərimələnəcək
Diğer Haberler

Qazaxıstanda çoxmənzilli binaların qızdırılması üçün qazın qiymətlərinin dövlət tənzimlənməsi tətbiq olunacaq - Vlast analitik onlayn jurnalı

Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
