Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanda satirik qrafikanın əsasını qoyan rəssam

Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadə Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açıb. Bu gün onun adına hər kəs hörmətlə yanaşır. Yeni rəssamlar nəsli onun ənənələrindən bəhrələnirlər AZƏRTAC xəbər verir ki, bu gün Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasından 146

0 baxışazertag.az
Azərbaycanda satirik qrafikanın əsasını qoyan rəssam
Paylaş:

Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadə Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açıb. Bu gün onun adına hər kəs hörmətlə yanaşır. Yeni rəssamlar nəsli onun ənənələrindən bəhrələnirlər AZƏRTAC xəbər verir ki, bu gün Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasından 146 il ötür O, rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub Ə.Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edib. O, öz əsərlərində mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tutub. Çəkdiyi “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar” kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edib Rəssam satirik şair Mirzə Ələkbər Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Şəmsiyyə Zalova deyib: “Azərbaycan təsviri sənətinə misilsiz töhfələr bəxş edən Əzim Əzimzadənin satirik qrafika sahəsindəki fəaliyyətindən danışarkən qeyd etməliyik ki, rəssam fitri istedadı, səmərəli əməyi sayəsində realist təsviri sənətin forma rəngarəngliyinə hərtərəfli yiyələnmiş, özünün çoxşaxəli istedadını qrafik rəsmlərlə yanaşı, səhnə tərtibatı və geyimi sahəsində də nümayiş etdirmişdi. Təsviri sənətimizin inkişafındakı rolu C.Məmmədquluzadə və M.Ə.Sabirin Azərbaycan ədəbiyyatının inkişafındakı rolu ilə eyniləşdirilən rəssamın elmə, xüsusilə ədəbiyyata olan marağı hələ uşaq yaşlarından özünü büruzə vermişdi. Elə buna görə də balaca Əzimin çəkdiyi şəkillərdən məktəbdə əyani vəsait kimi istifadə olunurdu. Bu fikir bir daha onunla təsdiq olunur ki, satirik rəssam yaradıcılığının ana xəttini təşkil etməsə də, teatr sahəsində də ustalıqla fəaliyyət göstərib. Onun teatr tamaşaları üçün hazırladığı dekorasiya və geyim eskizləri Azərbaycan rəssamlığının bu sahədəki inkişafına böyük dəstək idi” Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edib. cü illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, ci illərdə isə direktor olub Əzim Əzimzadə 1943-cü il mayın 15-də Bakıda vəfat edib Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və Bakı küçələrindən biri onun adını daşıyır. Yaşadığı evdə rəssamın ev-muzeyi yaradılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler