Azərbaycanda müasir suvarma sahələri 300 min hektara çatdırılacaq
Azərbaycanda 2030-cu ilədək müasir suvarma sistemləri quraşdırılmış sahələrin həcminin 300 min hektara çatdırılması planlaşdırılır "APA-Economics" xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məh

Azərbaycanda 2030-cu ilədək müasir suvarma sistemləri quraşdırılmış sahələrin həcminin 300 min hektara çatdırılması planlaşdırılır "APA-Economics" xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə bildirib Onun sözlərinə görə, hazırda ölkədə müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələrinin həcmi 130 min hektardır. Dövlət Proqramı çərçivəsində bu göstəricinin 2030-cu ilədək 300 min hektara çatdırılması nəzərdə tutulur. Bunun 88,1 min hektarı 22 hədəf rayonda, 12 min hektarı isə 8 perspektiv rayonda həyata keçiriləcək İ.Qədimova bildirib ki, bu istiqamətdə pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək. Fermerlərə müasir suvarma sistemlərinin güzəştli qiymətlərlə satılması, qalıq dəyərinin isə güzəştli kreditlərlə maliyyələşdirilməsi planlaşdırılır Bundan əlavə, müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələri üçün əlavə subsidiya mexanizmi tətbiq olunur. Hazırda bu dəstəyin məbləği hər hektara görə 60 manat təşkil edir Nazirlik rəsmisinin sözlərinə görə, müasir suvarma sistemlərinin genişləndirilməsi sudan daha səmərəli istifadəyə, məhsuldarlığın artmasına və ümumi istehsal həcminin yüksəlməsinə imkan verəcək


