Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanda kitabların yarıdan çoxu kiril əlifbasındadır

Azərbaycanda kitabların yarıdan çoxu kiril əlifbasındadır. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə mədəniyyət nazirinin müavini Fərid Cəfərovun təqdim etdiyi s

0 baxışmodern.az
Azərbaycanda kitabların yarıdan çoxu kiril əlifbasındadır
Paylaş:

Azərbaycanda kitabların yarıdan çoxu kiril əlifbasındadır. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə mədəniyyət nazirinin müavini Fərid Cəfərovun təqdim etdiyi slaydda göstərilib. Nazir müavini bildirib ki, hazırda ölkə kitabxanalarının fondunda 18,8 milyona yaxın nəşr mövcuddur. Onların 15,9 milyondan çoxu və ya 84,6 faizi Azərbaycan dilində, 2,9 milyondan çoxu isə xarici dillərdədir. Fərid Cəfərovun sözlərinə görə, Azərbaycan dilində olan nəşrlərin 9,2 milyondan çoxu və ya 57,6 faizi kiril qrafikasında, 6,7 milyondan çoxu isə latın qrafikasındadır. Bu da kitabxana fondlarında kiril əlifbalı nəşrlərin hələ də üstünlük təşkil etdiyini göstərir. Nazir müavini kitabxana sistemində kadr hazırlığı ilə bağlı problemlərin də mövcud olduğunu qeyd edib. O bildirib ki, sistemdə çalışan 6461 əməkdaşın yalnız 7,7 faizi kitabxanaçılıq üzrə ali ixtisas təhsilinə malikdir. İşçilərin 10,4 faizi ali, lakin qeyri-ixtisas təhsilli, 39,3 faizi orta ixtisas, 42,6 faizi isə ümumi orta təhsillidir. Fərid Cəfərov vurğulayıb ki, aparılan təhlillər kitabxanaların 90 faizdən çoxunun bina, struktur və xidmət sahələri baxımından beynəlxalq standartlara cavab vermədiyini göstərir Nazir müavini onu da qeyd edib ki, real oxucu ilə statistikalarda göstərilən oxucu arasında böyük fərq var

Kaynak: modern.az

Diğer Haberler