Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli görüntülər yayıldı
Sosial şəbəkələrdə çiyələyə təhlükəli kimyəvi maddələrin vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub Publika.az ATV-yə istinadən xəbər verir ki, kadrlarda danışan şəxsin məhsulu "zəhər" adlandırması və zarafatla "çiyələyin ürəyi tutub" deməsi istehlakçılar arasında ciddi naraha

Sosial şəbəkələrdə çiyələyə təhlükəli kimyəvi maddələrin vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub Publika.az ATV-yə istinadən xəbər verir ki, kadrlarda danışan şəxsin məhsulu "zəhər" adlandırması və zarafatla "çiyələyin ürəyi tutub" deməsi istehlakçılar arasında ciddi narahatlıq yaradıb Cəlilabad rayonunun Privolnoye kəndində çəkilən görüntülərlə bağlı fermer Natiq Bədirov danışıb. O, videonun sadəcə dost-tanış arasında zarafat məqsədilə çəkildiyini iddia edib: "Məqsədim sırf gülmək olub. Orada istifadə olunan dərmanlar gəmiricilərə və həşəratlara qarşıdır, insana heç bir ziyanı qoxdur" Digər təsərrüfat sahibləri də istifadə olunan maddələrin bioloji preparatlar olduğunu və insan orqanizmi üçün təhlükə yaratmadığını bildiriblər Qida təhlükəsizliyi üzrə ekspert Seymur Qafarov bildirib ki, çiyələyin mövsümdən əvvəl yetişdirilməsi müəyyən risklər daşıyır. Onun sözlərinə görə, həddindən artıq gübrə istifadəsi və ya dozanın düzgün tənzimlənməməsi məhsulda hormonal təsirlər yarada bilər. Ekspert, xüsusilə uşaqların və hamilə qadınların mövsümdənkənar çiyələyi normadan artıq istehlak etməməsini tövsiyə edib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, sözügedən görüntülər dərhal nəzarətə götürülüb. Agentliyin əməkdaşları Natiq Bədirova məxsus təsərrüfatda monitorinq keçiriblər: "Təsərrüfatda istifadə olunan preparatlardan və yetişdirilən çiyələkdən nümunələr götürülərək laboratoriya sınaqlarına cəlb olunub. Həmçinin təsərrüfat sahibi ilə maarifləndirici söhbətlər aparılıb" Laborator analizlərin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Hazırda bazarlarda çiyələyin kiloqramı 4-8 manat arasında dəyişir və satışda olan məhsullar əsasən Şəmkir, Cəlilabad və Lənkərandakı istixanalardan gətirilir Bu gün Bakıda 550 küçə yuyuldu - Foto Lənkəranda “Mediada Azərbaycan dili” mövzusunda təlim keçirildi Qanuna da məhəl qoyulmur: Azərbaycanda hələ də qohum evlilikləri var Azərbaycanda göllər yaşayış sahəsinə necə çevrilir? - Şok səbəblər bəlli oldu Bu ərazilər də yağış sularından təmizlənir - Video Tanınmış fotoqraf 20 il sonra atasını Azərbaycanda tapdı Türkiyədə güclü zəlzələ baş verdi Ayxan Abbasovdan ayrılıq açıqlaması - İlk dəfədir ki… Həftədə 500 min avro qazanır: Qızının sınıq telefonu gündəm oldu Parkinson xəstəliyinin qarşısını bu üsullarla almaq olar Yaşlı kişinin mənzilindən 250 it tapıldı - Video+Foto Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi Masazırda öldürülən qadınlar yaxın qohum imiş - Təfərrüatlar(Yenilənib) Bakının bu ərazisində sürüşmə baş verdi
.webp&w=2048&q=70)

