Azərbaycanda istilik xidmətlərinə görə yeni tələbələr - VİDEO
Azərbaycanda istilik və isti su xidmətlərinə görə ödənişlərlə bağlı yeni tələblər qüvvəyə minib Modern.az xəbər verir ki, bu barədə "İTV Xəbər" süjet hazırlayıb Yeni qaydalara əsasən, abonentlər istilik və isti su borclarını 30 gün ərzində tam şəkildə ödəməlidirlər Sakinlər bildiriblər ki, indiyə

Azərbaycanda istilik və isti su xidmətlərinə görə ödənişlərlə bağlı yeni tələblər qüvvəyə minib Modern.az xəbər verir ki, bu barədə "İTV Xəbər" süjet hazırlayıb Yeni qaydalara əsasən, abonentlər istilik və isti su borclarını 30 gün ərzində tam şəkildə ödəməlidirlər Sakinlər bildiriblər ki, indiyədək bəzi hallarda qonşuların borcuna görə bütün binanın istilik sistemi dayandırılıb “Qonşularımızın 150-300 manat borcu var. Onların borcuna görə bizim də istiliyimiz kəsilib”, - deyə sakinlərdən biri bildirib Hüquqşünasların sözlərinə görə, yeni qaydalar vətəndaşların borclarını qısa müddətdə ödəməsini tələb edir. Əks halda, xidmət göstərən qurum abonenti məhkəməyə verə və gecikdirilmiş borca görə əlavə faiz və ya dəbbə pulu tətbiq edə bilər “Azəristiliktəchizat” ASC-dən isə bildirilib ki, bəzi istehlakçılar həm cari, həm də əvvəlki borclarını ödəmirlər Qurumun açıqlamasına görə, abonentə bildiriş təqdim olunduqdan sonra borc 30 gün ərzində ödənilməzsə, ilk olaraq təchizat dayandırılacaq, daha sonra hüquqi prosedurlara başlanıla bilər Bununla yanaşı, istehlakçıların mənzillərində quraşdırılan sayğacların işlək vəziyyətdə saxlanılmasına və plombların qorunmasına görə məsuliyyət daşıdığı da vurğulanıb
Diğer Haberler

Qazaxıstanda çoxmənzilli binaların qızdırılması üçün qazın qiymətlərinin dövlət tənzimlənməsi tətbiq olunacaq - Vlast analitik onlayn jurnalı

Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
