Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabə

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib Nazir müavini bildirib ki, yaxın dövrdə Aqrar Subsidiya Şurasının iclasında konkret subsidiya məbləğləri müəyyən ediləcək. İribuynuzlu heyvanlarda süd məhsuluna subsidiya nəzərdə tutulur. Həmçinin Dövlət Proqramı çərçivəsində ixtisaslaşmış təsərrüfat modelinə qoşulmuş təsərrüfatlarda müəyyən tələblər gözlənilməklə kəsimxanalarda kəsilmiş ətin subsidiyalaşması nəzərdə tutulur. Dəri məhsulunun da emala və dəyəryaranma prosesinə cəlb olunma prosesini təşviq etmək üçün dəritoplama məntəqələrinin avadanlıqlarına güzəşt tətbiqi, həmçinin dərinin özünə müəyyən məhsul subsidiyası verilməsi planlaşdırılır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Media: ABŞ memorandum imzaladıqdan sonra İrana neft satmağa icazə verəcək

ABŞ-ın qüdrətli adları gizli cəmiyyətdə görüşüb, təfərrüatları açıqlanıb: “Nüvə silahını geri qaytarın”, “Start a Cult” mövzulu görüşlər, matchmaking xidmətləri... | T24
