Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 40 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 371,534 milyon manat sığorta haqqı toplanılıb "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,9 % çoxdur Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlə

0 baxışreport.az
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 40 %-ə yaxın artıb
Paylaş:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 371,534 milyon manat sığorta haqqı toplanılıb "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,9 % çoxdur Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 39,6 % artaraq 207,022 milyon manata çatıb Beləliklə, 4 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 43,9 manat təşkil edib Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 610,216 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci-ilin eyni dövrünə nisbətən 3,7 % çoxdur Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 304,353 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,6 % çoxdur Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 39,3 manat olub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler