Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanda gənc yazarlar üçün yeni imkanlar

Azərbaycan Yazıçılar Birliyinin gənc yazarlarla bağlı yeni planlarının olub-olmaması ədəbi mühitdə maraq doğuran mövzulardandır. Son dövrlərdə gənc qələm sahiblərinin dəstəklənməsi, onların yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində yeni təşəbbüslərin hazırlanması zərurəti daha çox vur

0 baxış525.az
Azərbaycanda gənc yazarlar üçün yeni imkanlar
Paylaş:

Azərbaycan Yazıçılar Birliyinin gənc yazarlarla bağlı yeni planlarının olub-olmaması ədəbi mühitdə maraq doğuran mövzulardandır. Son dövrlərdə gənc qələm sahiblərinin dəstəklənməsi, onların yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində yeni təşəbbüslərin hazırlanması zərurəti daha çox vurğulanır. Xüsusilə müasir ədəbiyyatın inkişafı baxımından gənclərin prosesə daha fəal cəlb olunması vacib hesab edilir. Bu baxımdan, qurumun yaxın perspektivdə atacağı addımlar diqqətlə izlənilir AYB gənc yazarların inkişafı üçün hansı yeni layihələri həyata keçirməyi planlaşdırır? Gənc müəlliflərin əsərlərinin nəşri və yayımı üçün hansı dəstək mexanizmləri nəzərdə tutulur? Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, son illərdə AYB-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gənc Ədiblər Məktəbi” fəaliyyət göstərib Onun sözlərinə görə, Yazıçılar Birliyi artıq növbəti “Gənc Ədiblər Məktəbi”nin yaradılması istiqamətində işlərə yaxın vaxtlarda başlayacaq “Hazırda bu məsələ ətrafında müzakirələr aparılır və yeni gənclər AYB-yə müraciət etməyə başlayıb. Yəqin ki, yaxın vaxtlarda istedadlı gənclərin seçilərək “Gənc Ədiblər Məktəbi”nin yenidən formalaşdırılması planlaşdırılır. “Gənc Ədiblər Məktəbi” ənənəni pozmadan, hər ay ustad yazıçıları dəvət edəcək və ustad dərsləri keçiriləcək” R.Məcid vurğulayıb ki, bu proses gənc yazıçıların formalaşmasında mühüm rol oynayır: “Vaxtilə “Gənc Ədiblər Məktəbi”nin iştirakçıları bu gün Azərbaycan ədəbi mühitində tanınan imzalara çevriliblər. Gənc yazarların dəstəklənməsi istiqamətində dövlət tərəfindən də müxtəlif addımlar atılır. Belə ki, 2007-ci ildən etibarən hər il 20 gənc yazıçıya Prezident təqaüdü verilir, eyni zamanda ədəbiyyat sahəsində Prezident mükafatı ilə təltif olunan gənclər də var” R.Məcid bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən gənclərin yaradıcılığının təşviqi istiqamətində geniş planlar hazırlanır: “Bir müddət əvvəl Mədəniyyət nazirinin müavini Fərid Cəfərov ilə keçirilən görüşdə də ədəbiyyat sahəsində nəzərdə tutulan yeniliklər müzakirə olunub və yaxın dövrdə bir sıra dəyişikliklərin olacağı gözlənilir Gənc yazarlar üçün əsas şərtlərdən biri mütaliə vərdişlərinin inkişaf etdirilməsi, davamlı yazmaq və yaradıcılıq üzərində işləməkdir. Azərbaycan Yazıçılar Birliyi gənclərin kitablarının nəşri və əsərlərinin çapı istiqamətində də fəal fəaliyyət göstərir”

Kaynak: 525.az

Diğer Haberler