Azərbaycanda gələn ildən yeni xidmət tətbiq edilə bilər
Azərbaycanda gələn ildən etibarən "Buy Now, Pay Later" (İndi al, sonra ödə) xidmətinin istifadəyə verilməsi mümkün ola bilər Publika.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev deyib O bildir

Azərbaycanda gələn ildən etibarən "Buy Now, Pay Later" (İndi al, sonra ödə) xidmətinin istifadəyə verilməsi mümkün ola bilər Publika.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev deyib O bildirib ki, ölkədə fintex sahəsinin inkişafına dair təkliflər müntəzəm qaydada Mərkəzi Banka göndərilir və tənzimləyici orqan sektorla sıx əməkdaşlıq edir: "Hazırda fintex şirkətləri üçün ən perspektivli sahələrdən biri "Buy Now, Pay Later" (İndi al, sonra ödə) modelinin tətbiqidir. Biz arzu edərdik ki, Azərbaycanda da "Buy Now, Pay Later" xidməti tətbiq edilsin. Ancaq düşünürəm ki, yerli fintex şirkətlərinin yetkinlik dərəcəsi hələlik buna tam hazır vəziyyətdə deyil. Hazırda rahat şəkildə skoring həyata keçirib bu modeli reallaşdırmaq imkanlarımız kifayət qədər genişlənməyib. Açıq bankçılıq imkanlarının artması və dövlət informasiya sistemləri ilə inteqrasiyaların gücləndirilməsi bu sahədə yeni perspektivlər formalaşdıracaq Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR), "mygov", İAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) və sair elektron platformalarla inteqrasiyalar tam şəkildə qurulduqdan sonra fintex şirkətləri yerində mikrokreditlərin təqdim edilməsi və "İndi al, sonra ödə" modellərinin işə salınmasına başlaya biləcəklər. Bu da bizə banklarla müqayisədə əlavə rəqabət üstünlüyü təmin edə bilər Eyni zamanda, "InsurTech" məhsullarının, yəni sığorta və fintex xidmətlərinin birlikdə təklif olunması da bazarın genişlənməsinə dəstək verə bilər" Assosiasiya rəhbəri qeyd edib ki, bütün bu təşəbbüslərin müvəffəqiyyəti hər şeydən əvvəl açıq bankçılıq ekosisteminin formalaşmasından asılıdır Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı Avro və rubl bahalaşdı - MƏZƏNNƏ Gümüşdən sonra qızıl da kəskin ucuzlaşdı Gümüş kəskin ucuzlaşdı ABŞ-la ticarət azaldı, Çin Avropaya üz tutdu - Pekindən sanksiya xəbərdarlığı Azərbaycan neftinin qiyməti 100 dolları ötdü Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi "Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı Bu institut ləğv edilir - Qərar Prezident Fərman imzaladı Bakıda piyada son anda ölümdən döndü - Anbaan video Ramiz Mehdiyev barədə qərar verildi Əli Kərimlinin həbs müddəti uzadıldı Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu


