Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA
2026-cı ilin birinci rübündə Azərbaycanda 7 milyon 898,09 min dollar dəyərində 299 ədəd elektromobil idxalı qeydə alınıb. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 milyon 659,53 min dollar (49,2 faiz azalma) və 129 ədəd (30,1 faiz azalma) azalma deməkdir AZƏRTAC xəbər verir ki

2026-cı ilin birinci rübündə Azərbaycanda 7 milyon 898,09 min dollar dəyərində 299 ədəd elektromobil idxalı qeydə alınıb. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7 milyon 659,53 min dollar (49,2 faiz azalma) və 129 ədəd (30,1 faiz azalma) azalma deməkdir AZƏRTAC xəbər verir ki, həmin dövrdə ölkəyə 31 milyon 538,89 min dollarlıq 1396 ədəd hibrid avtomobil idxal olunub. Bu da 2025-ci ilin birinci rübü ilə müqayisədə müvafiq olaraq 47 milyon 727,92 min dollar (60,2 faiz azalma) və 2752 ədəd (33,7 faiz azalma) azdır Həmçinin 5118 ədəd “plug-in” hibrid avtomobili idxal edilib ki, bu da illik müqayisədə 854 ədəd və ya 14,3 faiz azalma deməkdir. İdxal edilən “plug-in” hibrid avtomobillərinin statistik dəyəri isə 12 milyon 789,26 min dollar və ya 10,6 faiz azalaraq 107 milyon 891,7 min dollar təşkil edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


