Azərbaycanda dövlət torpaqlarının icarə məbləğlərinə tətbiq olunacaq güzəştli əmsallar açıqlanıb
Nazirlər Kabinetinin 8 may tarixli Qərarı ilə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin icarəhaqqı məbləğinə güzəştli əmsalların tətbiq olunmasına başlanılıb 525.az xəbər verir ki, b

Nazirlər Kabinetinin 8 may tarixli Qərarı ilə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin icarəhaqqı məbləğinə güzəştli əmsalların tətbiq olunmasına başlanılıb 525.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının icarəyə verilməsi şöbəsinin müdir müavini Ehtiram Babayev deyib O qeyd edib ki, 5.000 kvadratmetrə qədər olan torpaq sahələri üçün 1 əmsal, 5.001–10.000 kvadratmetr arası sahələr üçün 0,8 əmsal, 10.001–50.000 kvadratmetr arası sahələr üçün 0,7 əmsal, 50.001 kvadratmetrdən yuxarı sahələr üçün isə 0,5 əmsal tətbiq olunacaq: “Yən böyük torpaq sahələri üzrə 50%-ə qədər güzəşt nəzərdə tutulur. Söhbət Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarəyə verilən torpaq sahələrindən gedir. Bunlara özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin, həmçinin hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri daxildir Layihə hazırlanmazdan əvvəl xidmət tərəfindən qərarın mümkün iqtisadi nəticələri təhlil olunub və nəticədə belə qənaətə gəlinib ki, bu dəyişiklik həm sahibkarlar, həm də dövlət üçün iqtisadi baxımdan faydalı olacaq” Onun sözlərinə görə, icarə haqqının azalması sahibkarların maraqlarına xidmət etməklə yanaşı, iri torpaq sahələrinin icarəyə götürülməsini stimullaşdıracaq: “Bu isə istifadəsiz və ya səmərəsiz istifadə olunan torpaqların iqtisadi dövriyyəyə cəlb edilməsinə və nəticədə dövlət büdcəsinə daxilolmaların artmasına şərait yaradacaq Əvvəlki qaydalara əsasən Bakı şəhərində torpaq sahəsinin icarə haqqı onun bazar dəyərinin 3%-i, digər şəhər və rayonlarda isə 2%-i həcmində müəyyən edilirdi. Yeni dəyişikliklə bu qayda qüvvədə qalır. Sadəcə əlavə olaraq sahənin ölçüsündən asılı əmsallar tətbiq olunur və nəticədə torpaq sahəsi böyüdükcə icarə haqqı azalır. Əsas məqsəd iri torpaq sahələrinin icarəsini stimullaşdırmaq, istifadəsiz və ya səmərəsiz istifadə olunan torpaqları iqtisadi dövriyyəyə cəlb etməkdir” “Bakı üzrə bazar dəyərinin 3%-i, digər şəhər və rayonlarda isə 2%-i prinsipi qalır. Əmsallar isə yerləşmədən deyil, yalnız torpaq sahəsinin ölçüsündən asılı olaraq tətbiq olunacaq”, - deyə o əlavə edib


