Azərbaycanda dağınıq skleroz üzrə aparılan tədqiqatlar Türkiyədə təqdim edilib
Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının əməkdaşları Türk Nöroloji Dərnəyi tərəfindən Türkiyənin İstanbul şəhərində “I Multipl skleroz” mövzusunda təşkil olunan konqresdə iştirak ediblər AZƏRTAC xəbər verir ki, nümayəndə heyətimizə professor Aytən Məmmədbəyli rəhbərlik edib Konqres

Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının əməkdaşları Türk Nöroloji Dərnəyi tərəfindən Türkiyənin İstanbul şəhərində “I Multipl skleroz” mövzusunda təşkil olunan konqresdə iştirak ediblər AZƏRTAC xəbər verir ki, nümayəndə heyətimizə professor Aytən Məmmədbəyli rəhbərlik edib Konqresin elmi proqramı çərçivəsində dağınıq sklerozun patogenezi, neyroradioloji yanaşmalar, xəstəliyin modifikasiyaedici müalicə üsulları, biomarkerlər və fərdiləşdirilmiş tibb istiqamətində aparılan son tədqiqatlar təqdim olunub Tədbirdə müxtəlif ölkələrdən olan alimlər, nevroloqlar və tədqiqatçılar öz elmi nəticələrini bölüşüb, yeni əməkdaşlıq imkanları müzakirə olunub Konqres çərçivəsində Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Fatimə Əliyevanın “Dağınıq skleroz diaqnostikasında istifadə olunan süni intellekt texnologiyaları” mövzusunda məruzəsi dinlənilib. Məruzədə süni intellekt və maşın öyrənməsi metodlarının maqnit-rezonans tomoqrafiyası (MRT) görüntülərinin təhlili, xəstəliyin erkən diaqnostikası, klinik gedişin proqnozlaşdırılması və müalicə qərarlarının dəstəklənməsində rolu ətraflı təqdim olunub Təqdimatda müxtəlif süni intellekt modellərinin dağınıq skleroz xəstələrində diaqnostik dəqiqliyin artırılması, əlillik riskinin qiymətləndirilməsi və fərdiləşdirilmiş müalicə strategiyalarının seçilməsi istiqamətində əldə olunan nəticələr nümayiş etdirilib, bu sahədə aparılan beynəlxalq və yerli tədqiqatların nəticələri iştirakçıların diqqətinə çatdırılıb İştirakçılar tərəfindən böyük maraqla qarşılanan məruzədə təqdim edilən innovativ yanaşmalar və elmi nəticələr ətrafında geniş müzakirələr aparılıb Tədbir Azərbaycan nevrologiya elminin beynəlxalq elmi mühitdə tanıdılması, elmi əlaqələrin genişləndirilməsi və dağınıq skleroz sahəsində gələcək əməkdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət kəsb edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


