Azərbaycanda bu şəxslər əlavə subsidiya alacaq
Azərbaycanda lazerli maladan istifadə edən fermerlərə əlavə subsidiya verilməsi nəzərdə tutulur Publika.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrin

Azərbaycanda lazerli maladan istifadə edən fermerlərə əlavə subsidiya verilməsi nəzərdə tutulur Publika.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair cu illər üçün Dövlət Proqramı"nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib Onun sözlərinə görə, ölkədə buğdanın məhsuldarlığının indiki 4 tondan 5 tona çatdırılması hədəflənir, bu məqsədlə isə əlavə subsidiya mexanizmləri tətbiq ediləcək: "Yeni sahələrdə müasir suvarma sistemlərinin quraşdırılmasına dəstəyimizi davam etdirəcəyik və oradakı mexanizmi daha da təkmilləşdirməyi düşünürük. Lazerli mala ilə torpaq hamarlama işlərinin yaxşılaşdırılması nəzərdə tutulur. Çünki, bu, məhsuldarlığa ciddi şəkildə təsir göstərir. lazerli mala tətbiq edən fermerlərə əlavə subsidiyalar verilməsi nəzərdə tutulur. Paralel olaraq da seçilmiş rayonlar üzrə meliorativ tədbirlərin gücləndirilməsi və aqrotexniki qulluq işlərinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsi planlaşdırılır. Təbii ki, bu bütün bu proseslər öz növbəsində ərzaq təhlükəsizliyinin təminatına, məhsuldarlığın və istehsalın artımına gətirib çıxardacaq" R.Hüseynov əlavə edib ki, pambıqçılıq klasterinin inkişafı ilə bağlı ixtisaslaşmış rayonlarda məhsuldarlığın indiki 36 sentnerdən 50 sentnerə çatdırılması düşünülür: "Burada da pambıq mahlıcı və ipliyi üçün məhsul subsidiyası nəzərdə tutulur ki, bu da birbaşa emalın inkişafını tətikləyən bir mexanizm olacaq. Paralel iki yeni müəssisənin yaradılması düşünülür ki, artıq bu istiqamətdə bizə müraciətlər var, təxmini bilirik ki, hansı müəssisələr fəaliyyət göstərməyi düşünürlər və onlara faiz subsidiyalarının verilməsi nəzərdə tutulur" “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb etdi İcra başçısı Yasamal sakinlərinin müraciət və təkliflərini dinlədi - Fotolar Birinci Qarabağ müharibəsindən bu yana 4009 Azərbaycan vətəndaşı itkindir - Hikmət Hacıyev Gələn il Bakıda yeni hava limanı istifadəyə veriləcək Bakı metrosu yay qrafikinə keçir Bu gecə İranı vuracağıq - Tramp Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi "Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək “Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb? Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI


