Azərbaycanda bahalaşan məhsullar - Rəsmi açıqlandı
2026-cı ilin yanvar-may aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-may aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb Modern.az xəbər

2026-cı ilin yanvar-may aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-may aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilib. Qeyd edilib ki, 2025-ci ilin may ayı ilə müqayisədə illik qiymət artımı 5,6 faiz, son bir ayda isə 0,1 faiz təşkil edib 2026-cı ilin may ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz azalıb, əvvəlki ilin müvafiq ayına nisbətən 6,6 faiz artıb. Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, pendir, kəsmik, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, kivi, ağ kələm, brokkoli, göyərti, göy lobya, süfrə çuğunduru, soğan, qazlı və qazsız suların qiymətləri bahalaşıb, təzə balıq, yumurta, banan, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, sarımsaq və kartofun qiymətləri isə ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib 2026-cı ilin may ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,9 faiz artıb. May ayında əvvəlki ayla müqayisədə boya, plastik boru, yuyucu vasitələr və şəxsi gigiyena məmulatlarının qiymətləri bahalaşıb, zərgərlik məmulatlarının qiymətləri isə ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib 2026-cı ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,7 faiz təşkil edib. May ayında əvvəlki ayla müqayisədə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib


