Azərbaycanda arxeologiya elminin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır
AMEA Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbiri açan institutun direktoru dosent Fərhad Quliyev bildirib ki, bu gün hər kəs Heydər Əliyevin xatirə

AMEA Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbiri açan institutun direktoru dosent Fərhad Quliyev bildirib ki, bu gün hər kəs Heydər Əliyevin xatirəsini yad edib, onun barəsində səmimi sözlərini deyir. Çünki hər bir Azərbaycan vətəndaşına istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin dövlətçiliyimizin möhkəmlənməsi və qorunması istiqamətində dəyəri ölçülə bilməyən fəaliyyəti bəllidir. Fərhad Quliyev vurğulayıb ki, Azərbaycanda bir çox elm sahələrinin təsisatlanması və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Sözsüz ki, arxeologiya elminin ayrıca bir elm sahəsi kimi strukturlaşması və təsisatlanması Heydər Əliyevin şəxsiyyəti ilə əlaqəlidir İnstitutun əməkdaşları professorlar Hidayət Cəfərov, Əsədulla Cəfərov və Arif Məmmədov, dosent Mikayıl Mustafayev Ümummilli Liderin Azərbaycanda elmin inkişafında, elmi kadrların yetişdirilməsində misilsiz rolundan danışıblar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


