Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanda 4 tona yaxın saxta bal aşkarlandı

4 tona yaxın saxta bal aşkarlanıb Modern.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Trend" İnformasiya Agentliyinə və "Xəzər" TV-yə birgə müsahibəsində deyib AQTA sədrinin sözlərinə görə, 163 qida obyektində, o cümlədən ticarət və ictimai iaşə müəssi

0 baxışmodern.az
Azərbaycanda 4 tona yaxın saxta bal aşkarlandı
Paylaş:

4 tona yaxın saxta bal aşkarlanıb Modern.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Trend" İnformasiya Agentliyinə və "Xəzər" TV-yə birgə müsahibəsində deyib AQTA sədrinin sözlərinə görə, 163 qida obyektində, o cümlədən ticarət və ictimai iaşə müəssisələrində saxta spirtli içkilər aşkarlanıb. Həmin məhsullar ekspertizadan keçirilib, göstəriciləri müəyyən edilib, dövriyyədən çıxarılaraq məhv olunub: "Bal məhsulları ilə bağlı da qeyd etdiyim kimi, Agentlik tərəfindən təxminən 4 tona yaxın saxta bal aşkarlanıb və 2 tona yaxını məhv edilib. Qara kürü ilə bağlı isə qeyd etdiyim iki istiqamət üzrə ümumilikdə 10 ərzaq bazarında, 8 ticarət obyektində, 14 idxal anbarında və 61 ictimai iaşə müəssisəsində yoxlamalar aparılıb. Nəticədə bəzi obyektlərdə başqa mənşəli kürünün Azərbaycan nərə balığının kürüsü adı altında satıldığı müəyyən edilib və tərəfimizdən həmin halların qarşısı alınıb Saxtalaşdırma hallarından biri də kənd toyuğu adı altında müxtəlif toyuqların rənginin dəyişdirilərək satışa çıxarılmasıdır. Bəzi hallarda qida sənayesində istifadəsi qadağan olunmuş toksik rəngləyicilərdən istifadə edilməklə toyuqların dərisi daha tünd sarı rəngə boyanır və məhsul kənd toyuğu kimi istehlakçılara təqdim olunur. Bu cür halların da qarşısının alınması istiqamətində Agentlik tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir"

Kaynak: modern.az

Diğer Haberler