Azərbaycan–Avropa tərəfdaşlığı yeni mərhələdə - ŞƏRH
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə ardıcıl şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əməkdaşlıq yalnız ikitərəfli formatla məhdudlaşmır, regional və qlobal miqyasda mühüm siyasi-iqtisadi proseslərə təsir göstərən çoxşaxəli əməkdaşlıq platforma

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə ardıcıl şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əməkdaşlıq yalnız ikitərəfli formatla məhdudlaşmır, regional və qlobal miqyasda mühüm siyasi-iqtisadi proseslərə təsir göstərən çoxşaxəli əməkdaşlıq platformasına çevrilib. Bu kontekstdə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində və xüsusilə Azərbaycan–İtaliya strateji dialoqunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib Onun sözlərinə görə, bu səfər yüksəksəviyyəli siyasi dialoqun davamlılığını nümayiş etdirməklə yanaşı, iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə şərait yaradır “Azərbaycan və İtaliya arasında formalaşmış strateji tərəfdaşlıq Avropa məkanında ən sabit və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq nümunələrindən biridir. Xüsusilə enerji sahəsində mövcud əlaqələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artırır. Cənub Qaz Dəhlizi bu əməkdaşlığın əsas dayaqlarından biri kimi çıxış edir və Avropa bazarlarının dayanıqlı enerji təchizatına töhfə verir. Azərbaycan–Avropa İttifaqı münasibətlərində iqtisadi əməkdaşlıqla yanaşı, nəqliyyat və logistika sahələri də strateji əhəmiyyət daşıyır. Orta Dəhliz və beynəlxalq tranzit marşrutlarının inkişafı Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə, yükdaşımaların səmərəliliyinin artırılmasına və regionun logistika imkanlarının güclənməsinə xidmət edir. Ciorcia Meloninin Bakıya səfəri çərçivəsində keçirilən görüşlərdə enerji, investisiya, sənaye, humanitar və texnoloji əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Bu görüşlər ikitərəfli münasibətlərin institusional əsaslarının möhkəmlənməsinə və uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verir”, - deyə deputat vurğulayıb Arzu Nağıyev əlavə edib ki, Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir və Avropa İttifaqı ilə münasibətlərdə qarşılıqlı maraqlara əsaslanan balanslaşdırılmış əməkdaşlıq siyasətini uğurla davam etdirir. Bu yanaşma ölkəmizin regional və qlobal proseslərdə rolunu daha da artırır: “Azərbaycan–İtaliya münasibətlərinin yüksək səviyyəsi təkcə ikitərəfli əməkdaşlıq üçün deyil, həm də Azərbaycanın Avropa məkanında strateji tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu isə gələcəkdə digər Avropa ölkələri ilə əlaqələrin daha geniş və dərin formatda inkişafına əlavə imkanlar yaradır” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
