Azərbaycan–Avropa əməkdaşlığının dərinləşməsi fonunda Orta Dəhlizin strateji inteqrasiyada artan rolu - ŞƏRH
Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq gündəliyi son illərdə daha dinamik xarakter alıb. Enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, ticarət və investisiya mühiti üzrə genişlənən əlaqələr regionun yeni iqtisadi xəritəsinin formalaşmasına mühüm təsir göst

Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq gündəliyi son illərdə daha dinamik xarakter alıb. Enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, ticarət və investisiya mühiti üzrə genişlənən əlaqələr regionun yeni iqtisadi xəritəsinin formalaşmasına mühüm təsir göstərir. Bu kontekstdə Orta Dəhliz Avrasiya məkanında strateji alternativ və dayanıqlı logistika xətti kimi daha böyük əhəmiyyət qazanır Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib Birlik sədri qeyd edib ki, hazırda dünyada baş verən iqtisadi transformasiyalar və tədarük zəncirlərində yaranan yeni çağırışlar Orta Dəhlizin rolunu obyektiv şəkildə gücləndirir “Azərbaycan bu prosesdə coğrafi mövqeyindən səmərəli istifadə edərək Şərqlə Qərbi birləşdirən əsas tranzit mərkəzlərdən birinə çevrilib. Azərbaycan–Avropa yaxınlaşması yalnız ikitərəfli münasibətlərin inkişafı deyil, eyni zamanda, daha geniş Avrasiya əməkdaşlıq modelinin formalaşması deməkdir. Bu modeldə Orta Dəhliz ticarət axınlarının şaxələndirilməsi, logistika xərclərinin azaldılması və daşımaların təhlükəsizliyinin artırılması baxımından mühüm rol oynayır. Azərbaycanın həyata keçirdiyi nəqliyyat və infrastruktur layihələri Orta Dəhlizin funksionallığını keyfiyyətcə yeni mərhələyə daşıyıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, dəmir yolu şəbəkəsinin modernləşdirilməsi, eləcə də regional logistika mərkəzlərinin yaradılması bu istiqamətdə sistemli yanaşmanın tərkib hissəsidir. Bakı–Tbilisi–Qars dəmir yolu xətti Orta Dəhlizin əsas sütunlarından biri kimi Avropa ilə Asiya arasında yükdaşımaların sürətlənməsinə real imkanlar yaradıb. Eyni zamanda Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar region ölkələri üçün yeni iqtisadi əməkdaşlıq platforması formalaşdırır”, - deyə o vurğulayıb Aqil Camal əlavə edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsi qarşılıqlı etimadı möhkəmləndirməklə yanaşı, regionda sabit və proqnozlaşdırıla bilən iqtisadi mühitin formalaşmasına xidmət edir: “Bu isə Orta Dəhlizin uzunmüddətli dayanıqlılığı üçün əsas amillərdən biridir. Orta Dəhliz yalnız iqtisadi marşrut deyil, həm də regional inteqrasiyanı təşviq edən strateji platformadır. Bu xətt üzərində yerləşən ölkələr arasında əməkdaşlığın genişlənməsi yeni ticarət imkanları ilə yanaşı, siyasi və iqtisadi qarşılıqlı asılılığı da gücləndirir. Gələcəkdə Orta Dəhlizin rəqabət qabiliyyətinin daha da artması rəqəmsallaşma, logistika infrastrukturunun optimallaşdırılması və yaşıl enerji həllərinin tətbiqi ilə birbaşa bağlı olacaq. Azərbaycan bu istiqamətdə regional təşəbbüslərin mərkəzində yer almaqla öz strateji rolunu daha da möhkəmləndirir” A.Camal bildirib ki, Azərbaycan–Avropa yaxınlaşması və Orta Dəhlizin inkişafı paralel şəkildə bir-birini tamamlayan proseslərdir. Bu sinerji regionda iqtisadi sabitliyin güclənməsinə, ticarət əlaqələrinin genişlənməsinə və Avrasiya məkanında yeni əməkdaşlıq modelinin formalaşmasına mühüm töhfə verir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
