Tenqri
Ana Səhifə
Dünya

"Azərbaycana yad kimi gəldim, ömürlük dost kimi ayrılıram" - Səfir

"Dörd il yarım əvvəl Azərbaycana gəlməzdən öncə mənə demişdilər ki, sizin belə bir deyiminiz var: “Qonaq Allah qonağıdır.” Burada olduğum hər gün bunu hiss etmişəm". Odur ki, sözümə ölkənin hər yerində mənə göstərdiyiniz səmimiyyətə və qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür etməklə başlama

0 baxış525.az
"Azərbaycana yad kimi gəldim, ömürlük dost kimi ayrılıram" - Səfir
Paylaş:

"Dörd il yarım əvvəl Azərbaycana gəlməzdən öncə mənə demişdilər ki, sizin belə bir deyiminiz var: “Qonaq Allah qonağıdır.” Burada olduğum hər gün bunu hiss etmişəm". Odur ki, sözümə ölkənin hər yerində mənə göstərdiyiniz səmimiyyətə və qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür etməklə başlamaq istəyirəm. Bu yaxınlarda məndən Azərbaycanı bir sözlə ifadə etməyi xahiş etdilər. Mən “qonaqpərvərlik” sözünü seçdim 525.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld jurnalistlərlə vida görüşündə deyib Səfir əlavə edib ki, Azərbaycana gəlməmişdən öncə bilirdim ki, ölkələrimiz onilliklər ərzində enerji, təhsil, ticarət və investisiya sahələrində möhkəm əlaqələr qurublar. Amma birlikdə bununla kifayətlənməyib, daha nə qədər irəli gedə biləcəyimizi təsəvvür etmirdim: “Son dörd il nə region üçün, nə də dünya üçün asan olmayıb. Rusiyanın Ukraynaya qarşı qanunsuz və barbarcasına tammiqyaslı işğalı mənim bütün fəaliyyət dövrüm ərzində – artıq 1531 gündür – davam edir. 2024-cü ilin aprelində Rusiyanın özünü “sülhməramlı” adlandıran qüvvələrinin Qarabağdan çıxması mühüm və simvolik bir gün oldu. Bu müddət ərzində Azərbaycanın Ukraynaya göstərdiyi siyasi və humanitar dəstəyi, o cümlədən Prezident Zelenskinin son səfəri ilə təsdiqlənən əməkdaşlığın genişlənməsini yüksək qiymətləndirirəm Son bir il ərzində iki dəfə Azərbaycanın cənub sərhədi boyunca müharibənin şahidi olduq Təkrar-təkrar baş verən təxribatlara baxmayaraq, Azərbaycan hökumətinin İranla münasibətləri idarə etmək və gərginliyi azaltmaq istiqamətində göstərdiyi səyləri təqdir edirəm Xüsusilə təsiredici olan isə Ermənistanla sülh istiqamətində əldə olunan irəliləyişdir. 2022-ci ilin yanvarında Gəncəyə gəldiyim zaman 44 günlük müharibənin raket zərbələrinin izləri hələ də şəhərdə görünürdü. Amma ötən həftə Prezident Ilham Əliyev İrəvanda keçirilən EPC Sammitində Azərbaycan və Ermənistan arasında sülhün real olmağı ilə bağlı mühüm mesajlar verdi. Bir neçə gün əvvəl isə Baş nazirin müavini Şahin Mustafayev ikitərəfli Sərhəd Komissiyasına həmsədrlik etmək üçün səfər etdi. Dayanıqlı sülh bütün tərəflərdən uzun illər səbr və səylər tələb edəcək. Amma etiraf etməliyik ki, Azərbaycan artıq çox böyük bir yol qət edib Burada olduğum müddətdə Böyük Britaniya və Azərbaycan bu mürəkkəb geosiyasi mənzərədə birgə hərəkət edərək qarşılıqlı təhlükəsizliyimizi və rifahımızı möhkəmləndirib Bu dörd il ərzində peşəkar fəaliyyətimdə bir çox yaddaqalan məqamlar olub Ən qürurverici anım COP29 idi. Bakı indiyədək ev sahibliyi etdiyi ən böyük tədbiri – iqlim dəyişikliyi kimi həyati əhəmiyyətli qlobal məsələ üzrə ən mürəkkəb danışıqları, çətin geosiyasi şəraitdə – yüksək səviyyədə keçirdi. Azərbaycan bunu parlaq şəkildə bacardı və Böyük Britaniya bu yolda onun yanında olmaqdan məmnun idi. Sir Kir Starmer tədbirdə iştirak edərək Azərbaycana səfər etmiş ilk Britaniya Baş naziri oldu. Həmçinin yeddi Britaniya naziri iki həftə ərzində Bakıya səfər etdi. İqlim maliyyələşməsi üzrə danışıqlarda mühüm nəticələr əldə etdik” Biznes, parlament və vətəndaş cəmiyyəti nümayəndələri ilk Bakı İqlim Fəaliyyəti Həftəsində fəal iştirak etdilər Və əlbəttə, gənc COP29 könüllülərini heç vaxt unutmayacağam – onlar bu ölkənin nə qədər işıqlı gələcəyi ola biləcəyini göstərdilər. Səfir deyib ki, bu gün bir çox istedadlı gənc azərbaycanlı Böyük Britaniyanın universitetlərində təhsil almağı seçir. Bəziləri Dövlət Təqaüdü, bəziləri isə Chevening proqramı vasitəsilə. Ölkələrimiz arasındakı əlaqələr insanları birbaşa birləşdirəndə daha da dərinləşir: “Mən özüm Gəncədə bir ailənin yanında qalaraq Azərbaycan dilini öyrənmək imkanı qazandım. Bu, unudulmaz bir təcrübə idi. Sonradan Böyük Britaniya məzunları ilə yüzlərlə görüş keçirmişəm və onların da həyatlarını dəyişən təcrübələrini dinləmişəm Təhsil bu illər ərzində mənim üçün əsas prioritetlərdən biri olub. Vorvik Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında bərpa olunan enerji sahəsində ilk ikili magistr proqramı ilə qürur duyuram. İlk məzun qrupunun diplom alması cəmi iki həftə əvvəl baş tutdu. Eyni zamanda, British Council hər il ölkə üzrə minlərlə ingilis dili müəllimi və öyrənənə, minlərlə imtahan iştirakçısına dəstək göstərir və Azərbaycanın universitetlərinə transsərhəd təhsil imkanlarını yerli səviyyədə qurmaqda kömək edir Son dörd il ərzində iqtisadi münasibətlərimiz də ardıcıl şəkildə inkişaf edib. Böyük Britaniya artıq 30 ildən çoxdur ki, Azərbaycanın ən böyük birbaşa xarici investorudur. Səfirlik olaraq biz iqtisadi şaxələndirməyə – təmiz enerji, infrastruktur, nəqliyyat və peşəkar xidmətlər sahələrinə – xüsusi diqqət yetirmişik. Keçən il UK Export Finance tərəfindən dəstəklənən ilk müqavilə çərçivəsində Silk Way West Airlines üçün alınmış uçuş simulyatorunda təyyarə “idarə etdim” – bu dəfə pilot forması geyinməsəm də. Azərbaycan üçün nəzərdə tutulmuş 5 milyard funt sterlinqlik UK Export Finance xətti Britaniyanın Azərbaycanın iqtisadiyyatına olan etimadının miqyasını və tərəfdaşlığımızın ambisiyasını əks etdirir” F.Auld söyləyib ki, ən unudulmaz anlarımdan bəziləri Qarabağ və Şərqi Zəngəzura səfərləri olub: “Keçən il Britaniya Ticarət Palatası ilə Şuşa və Laçında gözəl bir səfərdə oldum. Hər gəlişimdə yeni inkişaflar və təzə ümid görmüşəm. Britaniya şirkətlərinin bu prosesin bir hissəsi olması ilə fəxr edirəm. Chapman Taylor Qarabağda, Bakıda və artıq Naxçıvanda dünya səviyyəli dizayn və baş planlaşdırma təcrübəsini təqdim edir. bp-nin Cəbrayıldakı “Şəfəq” günəş elektrik stansiyası layihəsi isə həm təmiz enerji, həm də yeni iş yerləri yaradır və Səngəçal terminalının dekarbonizasiyasına töhfə verəcək Əlbəttə ki, mina təmizləmə fəaliyyəti olmasaydı, Qarabağda heç bir inkişaf mümkün olmazdı. Britaniyanın mina təmizləmə şirkətləri və QHT-lərinin – o cümlədən hökumət proqramlarımızla dəstəklənən – birbaşa töhfəsi ilə fəxr edirəm. 2022-ci ildən etibarən biz beynəlxalq səylərə liderlik etdik və bu, səfirliyin indiyədək gördüyü ən vacib işlərdən biri oldu. Ağdam və Cəbrayılda mina axtaran itlər və siçovullarla tanışlıq mənim üçün şəxsi baxımdan da yaddaqalan an idi. Həmçinin milli mina təmizləmə komandalarına qadınların cəlb edilməsini fəal şəkildə dəstəkləmişik. Qadın mina təmizləyənlərə dəstək, eyni zamanda, burada fəaliyyətim dövründə Britaniya Səfirliyinin digər mühüm prioritetinə – gender bərabərliyi və qadınların iqtisadi imkanlarının artırılmasına – xidmət edir. Biz qadın vətəndaş cəmiyyəti təşkilatları, dövlət qurumları və BMT ilə sıx əməkdaşlıq etmişik. Bərdə, Tərtər və Ağcabədidə dəstək verdiyimiz Qadın Resurs Mərkəzlərində münaqişədən təsirlənmiş icmalardan olan qadın sahibkarlarla görüşmək, BMT, Dövlət Komitəsi və yerli icra orqanları arasında güclü əməkdaşlığı görmək xüsusilə sevindirici idi. Bu ortaq çağırışlar fonunda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızın da əhəmiyyətli dərəcədə inkişaf etməsi ilə fəxr edirəm. Təkcə son bir ildə ilk dəfə daimi Müdafiə attaşesi təyin etdik, silah embarqosunu qaldırdıq, uzun illərdən sonra ən yüksək səviyyəli müdafiə səfərlərini təşkil etdik, Azərbaycanın qlobal Cyber Marvel təlimində iştirakını təmin etdik və indiyədək ən geniş Müdafiə üzrə İkitərəfli Əməkdaşlıq Planını razılaşdırdıq. Eyni zamanda, mütəşəkkil cinayətkarlıq və qeyri-qanuni ticarətlə mübarizə istiqamətində hüquq-mühafizə orqanlarımız arasında əməkdaşlıq gücləndirildi Bu dörd ilin bir neçə əsas məqamını bölüşdüm. Amma ən böyük hadisəni sona saxladım 2025-ci ilin avqustunda Böyük Britaniya və Azərbaycan münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəldi. Bu, həm bu günə, həm də gələcəyə dair bir bəyanat idi. Artıq dərin, geniş və qarşılıqlı etimada əsaslanan münasibətlərimizin daha da inkişaf potensialına dair bir mesaj idi. Bu Strateji Tərəfdaşlıq üç əsas sütuna söykənir: müdafiə və təhlükəsizlik; ticarət və investisiya; innovasiya və təhsil. Britaniya Səfirliyindəki möhtəşəm komandamın və Azərbaycanlı tərəfdaşlarımızın bu əməkdaşlığı haralara aparacağını görmək üçün səbirsizlənirəm Azərbaycanla bağlı yaddaşımdan silinməyəcək çox şey var. Dağlar, Xalçalar, Çay, dolma, ləvəngi üçün çox darıxacam. Amma ən çox insanları üçün darıxacağam. Mən buraya bir yad kimi gəldim. Ömürlük bir dost kimi ayrılıram”

Kaynak: 525.az

Diğer Haberler