Azərbaycana gətirilən benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşib
“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib 525.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib Qərara əsasən, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan

“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib 525.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib Qərara əsasən, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat (2026- cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat), mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat (2026- cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat), digər qazoyllar, o cümlədən dizel yanacağı 1 ton üçün 80 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat) aksiz dərəcəsi müəyyənləşib Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2026-cı il 1 may – 2027-ci il 31 mart tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 205 min ton və 201 min ton yuxarı hədd müəyyən edilib


