Tenqri
Ana Səhifə
Dünya

Azərbaycana gələn turistlərin xərcləri 23 faiz azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 696 milyon 666 min manat xərcləyib 525.az rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22,9 % azdır Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böy

0 baxış525.az
Azərbaycana gələn turistlərin xərcləri 23 faiz azalıb
Paylaş:

Bu ilin yanvar-aprel aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 696 milyon 666 min manat xərcləyib 525.az rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22,9 % azdır Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 4 ay ərzində nəqliyyata 317 milyon 866 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 24,1 % azalıb Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 32,5 % azalaraq 126 milyon 142 min manat təşkil edib Turistlər qidalanmaya 131 milyon 491 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 19,3 % azalıb Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 18,7 % azalaraq 3 milyon 969 min manat olub Yanvar-apreldə turizm zərfinin alınmasına isə 322 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 20 % azalıb Nəqliyyat vasitələrinin icarəsinə 1 milyon 82 min manat (- 4 %), idman və əyləncə xidmətlərinə 4 milyon 201 min manat (+0,6 %), malların və hədiyyələrin alınmasına 85 milyon 403 min manat (- 6,2 %), digər istiqamətlərə isə 26 milyon 187 min manat (- 19,3 % ) xərclənib Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 9,4 % azalaraq 204 milyon 677 min manat təşkil edib Türkiyədən gələn turistlərin xərcləri 97 milyon 049 min manat olub ki, bu da illik müqayisədə 3% artım deməkdir. Hindistandan səfər edənlərin xərcləri isə 4 dəfə azalaraq 39 milyon 999 min manata düşüb Bu ilin yanvar-aprel aylarında Azərbaycana 175 ölkədən 658,5 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib Məlumata görə, gələnlərin 26,7 %-i Rusiya, 22,4 %-i Türkiyə, 8,7 %-i İran, 5,3 %-i Gürcüstan, 4,5 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 3,0 %-i Hindistan, 2,7 %-i Pakistan, 2,2 %-i Çin, 2,1 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,5 %-i Türkmənistan, 1,4 %-i İsrail, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,5 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 70,9 %-ini kişilər, 29,1 %-ini qadınlar təşkil edib 1 il əvvələ nisbətən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,1 % artaraq 32,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,5 % artaraq 251,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 27,8 % azalaraq 85,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 16,7 % azalaraq 289,3 min nəfər təşkil edib Ölkəyə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,1 %-i hava, 29,3 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib

Kaynak: 525.az

Diğer Haberler