Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Milli komandamız inkişaf edir, qarşıdakı dönəmdə daha uğurlu nəticələr əldə etmək istəyirik Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və Türkiyənin "Bursaspor" klubunun müdafiəçisi Toral Bayramov deyib 25 yaşlı müdafiəçi ağır mövsümdən sonra milli komandanın toplanışına yollandıqlar

0 baxışazertag.az
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
Paylaş:

Milli komandamız inkişaf edir, qarşıdakı dönəmdə daha uğurlu nəticələr əldə etmək istəyirik Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və Türkiyənin "Bursaspor" klubunun müdafiəçisi Toral Bayramov deyib 25 yaşlı müdafiəçi ağır mövsümdən sonra milli komandanın toplanışına yollandıqlarını və futbolçuların müəyyən qədər yorğun olduqlarını bildirib. O, Malta ilə keçirilən yoldaşlıq görüşündə (0:2) məğlub olmalarına baxmayaraq, komandanın yaxşı oyun nümayiş etdirdiyini söyləyib: "Həmin matçda çoxsaylı qol imkanları yaratdıq, lakin bunlardan yararlana bilmədik. Bu, həqiqətən də məyusedici idi" T.Bayramov San-Marino ilə keçirilən yoldaşlıq qarşılaşmasının (2:1) da asan keçmədiyini vurğulayıb. Futbolçu bu görüşdə əsas məqsədin qələbə qazanmaq olduğunu söyləyib: "Bu matçda uduzmaq istəmirdik. Oyunun müəyyən anlarında çətinliklərlə üzləşsək də, yekunda istəyimizə çatdıq. Şükürlər olsun ki, qalib gəldik" Milli komandanın inkişaf etdiyini düşünən oyunçu qarşıdakı dönəmdə daha uğurlu nəticələr əldə etmək istədiklərini söyləyib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler