Azərbaycan və Türkmənistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında görüş keçirilib "Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında mədəni-humanitar əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər mədəniyy

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında görüş keçirilib "Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında mədəni-humanitar əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər mədəniyyətin iki qardaş xalq arasında tarixən formalaşmış dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıblar Söhbət zamanı mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, yaradıcı kollektivlər və ixtisaslaşmış təhsil ocaqları arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti qeyd edilib Görüşdə Türkmənistanın Aşqabad və Arkadağ şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin iki ölkə xalqları arasında mədəni yaxınlaşmanın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib Tərəflər həmçinin hər iki ölkənin zəngin tarixi-mədəni irsinin təbliğinə xidmət edən birgə layihələrin, sərgilərin və digər mədəni təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Sənət adamları və yaradıcı ziyalılar arasında əlaqələrin daha da intensivləşdirilməsinin əhəmiyyəti də diqqətə çatdırılıb Görüş zamanı beynəlxalq təşkilatlar və mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı, həmçinin Türkmənistan-Azərbaycan mədəni-humanitar tərəfdaşlığının dərinləşdirilməsinə xidmət edən yeni əməkdaşlıq formatları ətrafında fikir mübadiləsi aparılıb Sonda tərəflər ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə edərək xalqların rifahı naminə konstruktiv dialoqun davam etdiriləcəyinə əminliklərini bildiriblər Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


