Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib Konfederasiyanın sədri Sahib Məmmədov Azərbaycan və Türkmənistan arasında dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edib, dövlət başçılarının siyasi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib Konfederasiyanın sədri Sahib Məmmədov Azərbaycan və Türkmənistan arasında dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edib, dövlət başçılarının siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. O bildirib ki, bu, ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır. Son illərdə bu əlaqələr daha da genişlənib, qarşılıqlı səfərlər həyata keçirilib, fikir və təcrübə mübadiləsi aparılıb Görüşdə AHİK tərəfindən əmək hüquqlarının etibarlı müdafiəsi, üzvlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlər, yollayış sisteminin rəqəmsallaşdırılması, sanatoriya-kurort xidmətlərinin modernləşdirilməsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu təşəbbüslər həmkarlar ittifaqları sistemində səmərəliliyin artırılmasına xidmət edir Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri Oğulcənnət Berdiliyeva ölkəsində həmkarlar ittifaqlarının fəaliyyətindən, əmək hüquqlarının qorunması və həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsi sahəsində görülən işlərdən bəhs edib, Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını bildirib Görüşün yekununda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd iki qurum arasında əlaqələrin institusional əsasda inkişafını, birgə təşəbbüs və layihələrin dəstəklənməsini, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur Səfər çərçivəsində Türkmənistan nümayəndə heyəti AHİK-in "Kurort" Turizm İnformasiya Mərkəzinin, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olub. Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin nümayəndələri həmçinin "Günəşli" və "Abşeron" sağlamlıq mərkəzlərində, eləcə də "Miras" istirahət mərkəzində olub, burada göstərilən xidmətlər, müalicə-profilaktik prosedurlar, infrastruktur və istirahət imkanları ilə maraqlanıblar Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

CHP-dən AKP-yə keçən Burcu Köksal: Afyonkarahisarın problemlərini daha tez yekunlaşdırmaq və investisiyaları reallaşdırmaq üçün yeni dövrə başladım | T24

İMM işində 37-ci gün | Seza Büyükçulha, İmamoğlunun uşaqlıq dostu: Tam bir il günahsız olduğum halda məni yatağa qoymağın günahını necə daşıyırsan? | T24
