Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüşüb "Report" xəbər verir ki, bu barədə E. Əmrullayev "X" sosial şəbəkə hesabında məlumat yayıb Görüş zamanı Azərbaycan və Türkiyə

Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüşüb "Report" xəbər verir ki, bu barədə E. Əmrullayev "X" sosial şəbəkə hesabında məlumat yayıb Görüş zamanı Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər gələcəkdə həyata keçirilməsi planlaşdırılan təşəbbüslər, birgə elmi-tədqiqat layihələri və akademik tərəfdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar Müzakirələrdə həmçinin Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti və bu platforma çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları diqqət mərkəzində olub Bu gün Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüşdük.Görüşdə iki ölkə arasında ali təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər… pic.twitter.com/AEmDUaLEcW— Emin Amrullayev (@EminAmrullayev) June 8, 2026 Bu gün Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüşdük.Görüşdə iki ölkə arasında ali təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər… pic.twitter.com/AEmDUaLEcW Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


