Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

AMEA Folklor İnstitutunun Folklorun toplanması və sistemləşdirilməsi şöbəsində növbəti elmi seminar keçirilib İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi seminarda institutun aparıcı elmi işçisi Aynur Cəlilovanın “Ovçu folklorunun janr xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə ovçuluq

0 baxışazertag.az
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
Paylaş:

AMEA Folklor İnstitutunun Folklorun toplanması və sistemləşdirilməsi şöbəsində növbəti elmi seminar keçirilib İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi seminarda institutun aparıcı elmi işçisi Aynur Cəlilovanın “Ovçu folklorunun janr xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə ovçuluq fenomeninin folklor sistemindəki yeri geniş şəkildə təhlil olunub, ovçuluqla bağlı təsəvvürlərin Azərbaycan və türk xalqları folklorunda müxtəlif janrlarda yaşamaqda davam etdiyi vurğulanıb. Bildirilib ki, ovçu folkloru dedikdə ov motivi, ov süjeti və ovçuluq dünyagörüşü ilə bağlı elementlərin yer aldığı folklor mətnləri nəzərdə tutulur. Bu motivlər atalar sözləri, inanclar, miflər, əfsanələr, rəvayətlər, dastanlar, lətifələr və digər janrlarda müxtəlif formalarda təzahür edir Seminarda ovçuluq miflərinin semantik strukturu üzərində də dayanılıb. Altay mifologiyasında yer alan “Üç mıyqak” (“Üç maral”) mifindən nümunə gətirilərək mifdə çevrilmə aktı, insan-təbiət münasibətləri və kosmoqonik düşüncə elementləri şərh olunub. Bununla yanaşı, “Kitabi-Dədə Qorqud” dastanının “Bəkil oğlu Əmranın boyu”nda əks olunan ov tabuları mifoloji təfəkkür kontekstində təhlilə cəlb edilib Məruzəçi ovçu folklorunda mühüm yer tutan əfsanə və rəvayət mətnlərinə də toxunub, motiv və süjetlərin variantlaşma prosesi haqqında ətraflı məlumat verib Seminarda ovçu folklorunun janr problemləri ayrıca müzakirə mövzusu olub. Xatirə, əfsanə, əhvalat və rəvayət janrlarının sərhədlərinin müəyyənləşdirilməsinin, sahə araşdırmalarına söykənərək düzgün təsnif edilməsinin müasir folklorşünaslıq qarşısında duran aktual problemlərdən biri olduğu vurğulanıb. Mətnlərin yalnız süjet xüsusiyyətlərinə görə deyil, söyləyici münasibəti, icra mühiti və funksional xüsusiyyətləri əsasında qiymətləndirilməsinin vacibliyi diqqətə çatdırılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler