Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

İyunun 11-də Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib Bildirilib ki, məsləhətləşmələrdə

0 baxışazertag.az
Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Paylaş:

İyunun 11-də Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tailand Krallığının Xarici İşlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Tailand nümayəndə heyətinə isə Konsulluq məsələləri departamentinin baş direktoru Munqkorn Pratoomkaev rəhbərlik edib Konsulluq məsləhətləşmələri çərçivəsində Azərbaycanla ilə Tailand arasında konsulluq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması və aidiyyəti sahələr üzrə qarşılıqlı fəaliyyətin institusional əsaslarının möhkəmləndirilməsi məsələləri müzakirə olunub Tərəflər böhran vəziyyətlərində vətəndaşların təxliyəsi və onlara operativ konsulluq yardımının göstərilməsi sahəsində mövcud təcrübə və qabaqcıl mexanizmləri nəzərdən keçiriblər Bununla yanaşı, konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər, o cümlədən konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində hər iki ölkənin mövcud təcrübəsi və tətbiq olunan mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler