Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub, söhbət zamanı qlobal gündəm məsələləri və Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) müzakirə edilib "Report" xəbər verir ki, bu barədə Şahbaz Şərif "X" sosial şə

Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub, söhbət zamanı qlobal gündəm məsələləri və Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) müzakirə edilib "Report" xəbər verir ki, bu barədə Şahbaz Şərif "X" sosial şəbəkə hesabında yazıb "Bu axşam sevimli qardaşım Prezident İlham Əliyev ilə söhbət etməkdən məmnun oldum. Səmimi fikir mübadiləsi zamanı Pakistan və Azərbaycan arasında dərin qardaşlıq əlaqələrini, ticarət, investisiya və enerji sahələrində əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsinə ortaq sadiqliyimizi təsdiqlədik", - o bildirib Şahbaz Şərif həmçinin Bakıda keçiriləcək WUF13 üçün Azərbaycana uğurlar arzulayıb və vurğulayıb ki, tədbir Prezident İlham Əliyevin rəhbərliyi altında qlobal şəhər inkişaf gündəminə mühüm töhfə verəcək. O qeyd edib ki, Pakistan forumda yüksək səviyyədə təmsil olunacaq "Biz həmçinin regional hadisələr, xüsusilə Yaxın Şərqdə sülhün bərqərar olunması istiqamətində davam edən səylər barədə fikir mübadiləsi apardıq. Prezident Əliyevin regionda sülh, dialoq və diplomatiyanın təşviqi üçün Pakistanın səmimi səylərinə dair xoş sözlərini yüksək qiymətləndirirəm," - Ş. Şərif əlavə edib Qeyd edək ki, Azərbaycan və Pakistan liderlərinin telefon danışığı barədə Prezident İlham Əliyevin də "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

CHP-dən AKP-yə keçən Burcu Köksal: Afyonkarahisarın problemlərini daha tez yekunlaşdırmaq və investisiyaları reallaşdırmaq üçün yeni dövrə başladım | T24

İMM işində 37-ci gün | Seza Büyükçulha, İmamoğlunun uşaqlıq dostu: Tam bir il günahsız olduğum halda məni yatağa qoymağın günahını necə daşıyırsan? | T24
