Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir
Türkiyədə səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Ludmila Katlabuga ilə görüşüb. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub Azərbaycan və Moldovanın dost

Türkiyədə səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Ludmila Katlabuga ilə görüşüb. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub Azərbaycan və Moldovanın dost ölkələr olduğunu deyən nazir Məcnun Məmmədov qeyd edib ki, aqrar sahə iki ölkə arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir Nazir Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 6-cı iclasına da toxunub. Bildirib ki, iclasda iki ölkə arasında gələcək əməkdaşlığın bir çox istiqamətləri, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb Vurğulanıb ki, hər iki ölkə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması, innovativ texnologiyaların tətbiqi və kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına mühüm önəm verir Nazir Məcnun Məmmədov ölkəmizdə hər il təşkil olunan “Caspian Agro” sərgisinin əhəmiyyətinə toxunub, Moldova tərəfini bu sərgidə milli pavilyonla təmsil olunmağa, moldovalı iş adamlarını sərgidə fəal iştiraka çağırıb Görüşdə aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, bu sahədə ən müasir texnologiyaların transferi, şərabçılıq sahəsində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub Hazırda Azərbaycanda aqrar sektorun rəqəmsallaşması prosesinin həyata keçirildiyi, ölkəmizin bu sahədə əldə etdiyi təcrübəni Moldova tərəfi ilə bölüşməyə hazır olduğu diqqətə çatdırılıb Söhbət zamanı kənd təsərrüfatı sahəsində Azərbaycan-Moldova İşçi Qrupunun fəaliyyəti müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


