Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr aparıldı

Vilnüs şəhərində Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Publika.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva nümay

0 baxışpublika.az
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr aparıldı
Paylaş:

Vilnüs şəhərində Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Publika.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Audra Plepite rəhbərlik edib Məsləhətləşmələr zamanı Azərbaycan ilə Litva arasında mövcud siyasi münasibətlərin cari vəziyyəti geniş şəkildə müzakirə olunub və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin davamlı xarakter daşımasının əhəmiyyəti vurğulanıb. Həmçinin ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri kontekstində əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib Daha sonra müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin və qarşılıqlı fəaliyyətin davam etdirilməsi və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldilib Tərəflər regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub Səfər çərçivəsində F.Rzayev, həmçinin Litvanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzində deyirmi masa müzakirələrində iştirak edib Qaya Məmmədov: “Zohrevandın Azərbaycana qarşı böhtan və təhdidli bəyanatını rədd edirik” Arayikgilin apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanıldı - Foto Nərmin Əhmədovaya yüksək vəzifə verildi Uşaqları sosial media təhlükələrindən qoruyan rəqəmsal mühit yaradılmalıdır - Samir Vəliyev Milli Məclisdə büdcənin icrası müzakirə edilir XİN Azərbaycan vətəndaşlarına çağırış etdi - BƏYANAT Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər “Qadının gözəlliyi baxışında gizlidir” - FOTO Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır” Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var? Nərmin Əhmədovaya yüksək vəzifə verildi

Kaynak: publika.az

Diğer Haberler

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr aparıldı | Tenqri