Azərbaycan və Kareliya ticarət-iqtisadi əməkdaşlıq üzrə Yol Xəritəsi imzalaya bilər
Azərbaycan və Kareliya arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi imzalana bilər "Report" Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir ki, bu məsələ Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Azərbaycan iqtisadiyyat nazirinin I müavini Elnur

Azərbaycan və Kareliya arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi imzalana bilər "Report" Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir ki, bu məsələ Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Azərbaycan iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev və Kareliyanın başçısı Artur Parfençikov arasında keçirilən görüşdə müzakirə edilib Danışıqlar zamanı tərəflər qarşılıqlı ticarət və investisiya əlaqələrinin inkişafına xüsusi diqqət yetiriblər. Qeyd olunub ki, Kareliya xarici iqtisadi əməkdaşlığın cənub və şərq istiqamətlərini fəal şəkildə inkişaf etdirir, Azərbaycan isə Rusiyanın regionları ilə tərəfdaşlığın genişləndirilməsində maraqlıdır "Hazırda Azərbaycan və Kareliya arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi baxılma mərhələsindədir", - diplomatik nümayəndəlikdən əlavə ediblər Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


