Azərbaycan və Gürcüstanın şəhər və rayonları arasında davamlı inkişafı istiqamətində təcrübə mübadiləsi aparılıb
Tbilisidə keçirilən “XVI Dayanıqlı İnkişaf üzrə Regional Forum"da iştirak edən Gəncə, Mingəçevir, Şirvan və Sumqayıt şəhərlərinin icra başçıları və bələdiyyə nümayəndələri Tbilisi Şəhər Şurasının sədri Zurab Abaşidze, Tbilisinin vitse-meri Giorgi Tkemaladze ilə görüşüblər AZƏRTAC xəbər verir ki, gö

Tbilisidə keçirilən “XVI Dayanıqlı İnkişaf üzrə Regional Forum"da iştirak edən Gəncə, Mingəçevir, Şirvan və Sumqayıt şəhərlərinin icra başçıları və bələdiyyə nümayəndələri Tbilisi Şəhər Şurasının sədri Zurab Abaşidze, Tbilisinin vitse-meri Giorgi Tkemaladze ilə görüşüblər AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev də iştirak edib Bildirilib ki, səfərin məqsədi şəhərlərin davamlı inkişafı istiqamətində təcrübə mübadiləsi aparmaq və gələcək əməkdaşlıq imkanlarını müzakirə etməkdir Zurab Abaşidze Gürcüstan və Azərbaycan arasında mövcud olan sıx dostluq münasibətlərindən danışıb. Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanlarının rolunun gücləndirilməsi və beynəlxalq tərəfdaşlığın əhəmiyyəti şəhərlərin davamlı inkişafına və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir Tbilisi vitse-meri Giorgi Tkemaladze nümayəndə heyətinin üzvlərinə səfərlərinə görə təşəkkür edib və forumda iştiraklarının gələcək münasibətlər üçün vacib olduğunu, bunun ölkələr arasında əməkdaşlığı daha da gücləndirəcəyini bildirib Səfir Faiq Quliyev dəvətə görə təşəkkürünü bildirib və qeyd edib ki, Tbilisinin dost şəhərlərindən biri olduğunu və bələdiyyələr arasında təcrübə mübadiləsinin Tbilisi ilə Azərbaycan şəhərləri arasında dostluq və tərəfdaşlıq münasibətlərini daha da gücləndirəcəyini bildirib Səfər zamanı qonaqlar Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib və ölkənin birliyinin və sabit inkişafının vacibliyini vurğulayıblar Görüşdə Gəncə şəhər icra hakimiyyətinin rəhbəri Nityazi Bayramov, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Azərbaycanın və Gürcüstanın şəhər və rayonları arasında əlaqələrin inkişafının, bölgələr arasında birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


