Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr aparılıb
Mayın 4-5-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Ekvador Respublikasında səfərdə olub Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib Bildirilib ki, səfər zamanı paytaxt Kito şəhərində Azərbaycanın Xarici İşlər və Ekvadorun Xarici İş

Mayın 4-5-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Ekvador Respublikasında səfərdə olub Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib Bildirilib ki, səfər zamanı paytaxt Kito şəhərində Azərbaycanın Xarici İşlər və Ekvadorun Xarici İşlər və İnsan Mobilliyi nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Ekvador tərəfindən isə xarici işlər və insan mobilliyi nazirinin müavini Alexandro Davalos başçılıq edib Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Görüşlərdə iki kənd təsərrüfatı, biznes və sərmayələrin gələcək təşviqi məqsədilə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın qurulmasına qarşılıqlı dəstək ifadə olunub Yekunda ilk siyasi məsləhətləşmələrin protokolu, eləcə də Azərbaycan Hökuməti və Ekvador Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov tərəfindən Ekvador Diplomatik Akademiyasında “Azərbaycanın xarici siyasəti” mövzusunda təqdimat edilib. Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin rəhbəri tərəfindən Ekvador Xarici İşlər və İnsan Mobilliyi Nazirliyinin Mətbuat xidmətinə, habelə ölkənin aparıcı “El Telegrafo” onlayn dövlət qəzetinə müsahibələr verilib Səfər çərçivəsində, həmçinin Ekvadorda fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüş keçirilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
