Azərbaycan və Danimarka səhiyyə sektorunda tərəfdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və Danimarka arasında səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığı imkanları müzakirə edilib 525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib Onun sözlərinə görə, müzakirələr Danimarkanın Azərbaycandakı qeyri-rezident səfiri Ole

Azərbaycan və Danimarka arasında səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığı imkanları müzakirə edilib 525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib Onun sözlərinə görə, müzakirələr Danimarkanın Azərbaycandakı qeyri-rezident səfiri Ole Toft və "Novo Nordisk Azərbaycan" əczaçılıq şirkətinin baş direktoru Şule Erdim Ersoy ilə görüşdə baş tutub "Ölkələrimizin iqtisadi əməkdaşlığının gündəliyində olan prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi potensialını vurğuladıq. "Novo Nordisk Azərbaycan" şirkətinin fəaliyyəti, səhiyyə sektorunda qarşılıqlı təşəbbüslərin reallaşdırılması və dövlət-özəl tərəfdaşlığı modelində işbirliyi imkanları barədə müzakirələr apardıq", - deyə nazir qeyd edib


