Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

İyunun 10-da Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Avstriya Respublikasının Federal Xarici İşlər və Avropa Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, məsləhətləşmələrdə Azə

0 baxışazertag.az
Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb
Paylaş:

İyunun 10-da Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Avstriya Respublikasının Federal Xarici İşlər və Avropa Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Avstriya nümayəndə heyətinə isə Konsulluq məsələləri üzrə baş direktorun müavini Rene Amri rəhbərlik edib Konsulluq məsləhətləşmələri zamanı Avstriya Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib, habelə baxılmaqda olan bir sıra sənəd layihələrinə dair ətraflı müzakirələr aparılıb Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparılıb, o cümlədən Azərbaycan və Avstriya arasında hüquqi yardım, təhsil, miqrasiya, əmək və digər sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində təkliflər barədə fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler