Azərbaycan və Almaniya enerji əməkdaşlığının perspektivlərini müzakirə edib
Azərbaycan və Almaniya arasında enerji əməkdaşlığının perspektivləri müzakirə edilib 525.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr "Bakı Enerji Həftəsi" çərçivəsində nazir Pərviz Şahbazovun Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms və Almaniyanın

Azərbaycan və Almaniya arasında enerji əməkdaşlığının perspektivləri müzakirə edilib 525.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr "Bakı Enerji Həftəsi" çərçivəsində nazir Pərviz Şahbazovun Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms və Almaniyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşündə aparılıb Görüşdə Azərbaycanla Almaniya arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Təbii qaz, bərpa olunan enerji, enerji səmərəliliyi, hidrogen, istilik nasosları, enerji saxlama sistemləri və elektrik enerjisi infrastrukturu sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib Azərbaycanın Almaniyaya qaz tədarükünə başlaması, Avropanın enerji təhlükəsizliyində artan rolu, eləcə də enerji keçidi kursu yüksək qiymətləndirilib. Azərbaycanda həyata keçirilən bərpa olunan enerji layihələri, elektrik enerjisi interkonnektorları, yaşıl enerji dəhlizləri və Avropaya elektrik enerjisi ixracı imkanları barədə məlumat verilib Regional bağlantılar və hidrogenlə bağlı planlar fonunda Alman şirkətləri ilə müxtəlif istiqamətli əməkdaşlıqlara dair fikir mübadiləsi aparılıb
Diğer Haberler

Bişkek meriyası yanacaqdoldurma məntəqələrini şəhər hüdudlarından kənara çıxarmağı planlaşdırır. Avtomobil sahibləri nə düşünür?

Qırğızıstan və Özbəkistan Tacikistandan gələn böyük narkotik alveri şəbəkəsini ləğv ediblər
