Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə xeyriyyə konserti olub

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İş Klubu və “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Səslər birliyə çağırır” adlı xeyriyyə konserti təşkil olunub. Tədbir 5 May - Əlilliyi Olan Şəxslər

0 baxışazertag.az
Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə xeyriyyə konserti olub
Paylaş:

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İş Klubu və “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Səslər birliyə çağırır” adlı xeyriyyə konserti təşkil olunub. Tədbir 5 May - Əlilliyi Olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunub Bu barədə AZƏRTAC-a Azərbaycan Universitetindən məlumat verilib “Kapellhaus” Alman - Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycan Universitetinin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, ictimai birliyin sədri Təranə Musayeva, ictimai birliyin üzvləri və onların valideynləri, universitetin bir qrup pedaqoji heyət üzvü və tələbələri, Pirallahı Gənclər Evinin nümayəndələri iştirak ediblər. Əməkdar incəsənət xadimi Rafael İsgəndərov tədbirin fəxri qonağı olub Xeyriyyə konserti əlilliyi olan şəxslərin və uşaqların hüquqlarının müdafiəsinə həsr olunmuş səhnə ilə açılıb. Tədbirin əsas mesajı olan inklüzivliyin və sosial həmrəyliyin vacibliyi iştirakçılara emosional şəkildə nümayiş etdirilib Açılışın ardınca “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin üzvləri tərəfindən zəngin bədii proqram təqdim olunub. Onlar müxtəlif janrlarda mahnılar ifa edib, şeirlər səsləndirib, rəqslər nümayiş etdiriblər. Çıxışlar iştirakçılarda xoş təəssürat yaradaraq tədbirə xüsusi rəng qatıb. Tədbirin sonunda onlar təşəkkürnamə ilə təltif olunublar Tədbirin keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin hüquqlarına diqqət çəkmək, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək və sosial həssaslıq mühitinin gücləndirilməsinə töhfə vermək, eyni zamanda, əlilliyi olan şəxslərin ehtiyaclarının qarşılanmasına yönəldiləcək ianələrin toplanmasıdır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler