Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrası “Bir məqalə, iki nəsil” layihəsinə başlayıb Universitetdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi tələbələrin elmi-tədqiqat fəaliyyətinə daha fəal cəlb olunması, onların akademik yazı bacarıqlarının inkişaf etdirilməsi, gənc təd

0 baxışazertag.az
Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb
Paylaş:

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrası “Bir məqalə, iki nəsil” layihəsinə başlayıb Universitetdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi tələbələrin elmi-tədqiqat fəaliyyətinə daha fəal cəlb olunması, onların akademik yazı bacarıqlarının inkişaf etdirilməsi, gənc tədqiqatçı nəslin formalaşdırılması və müəllim-tələbə elmi əməkdaşlığının yeni mərhələyə yüksəldilməsidir. “Bir məqalə, iki nəsil” layihəsi çərçivəsində kafedranın təcrübəli alim və müəllimləri tələbələrlə birgə elmi araşdırmalar aparır, əldə olunan nəticələr əsasında həmmüəlliflik formatında məqalələr hazırlanaraq müxtəlif yerli və beynəlxalq elmi jurnallarda dərc olunur Layihənin ideya müəllifi Siyasi və ictimai elmlər kafedrasının müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski bildirib ki, məqsəd sadəcə məqalə yazmaq deyil, həm də elmə yeni baxış gətirən bir məktəb yaratmaqdır: “Universitetin auditoriyalarında çoxlu istedadlı gənclər yetişir. Lakin onların böyük bir hissəsi elmi fəaliyyətə qoşulmaq, akademik məqalə yazmaq və nəşr prosesinin incəliklərini öyrənmək imkanı əldə etmir. Biz bu layihə vasitəsilə müəllimin təcrübəsi ilə tələbənin enerjisini bir araya gətirərək yeni bir elmi əməkdaşlıq modeli formalaşdırırıq. Məqsədimiz yalnız məqalələrin sayını artırmaq deyil, gələcəyin alimlərini, analitiklərini və tədqiqatçılarını yetişdirməkdir” Kafedra müdirinin sözlərinə görə, layihə, eyni zamanda, Azərbaycan ali təhsilində elmi fəaliyyətin kütləviləşməsinə və gənclərin beynəlxalq akademik mühitə inteqrasiyasına töhfə verəcək: “Biz inanırıq ki, elmin davamlı inkişafı nəsillərarası bilik ötürülməsindən keçir. Layihənin ideyası məhz bu fəlsəfəyə əsaslanır. Bu gün müəllim və tələbənin birgə yazdığı məqalə sabah Azərbaycan elminin yeni simalarının formalaşmasına xidmət edəcək. İstəyirik ki, bu təşəbbüs digər universitetlər üçün də nümunəyə çevrilsin və ölkədə tələbə elminin inkişafına yeni nəfəs gətirsin” Elvin Talışınski qeyd edib ki, bu təşəbbüs yalnız bir layihə deyil, həm də Azərbaycan ali təhsilində tələbə elminin inkişafına yönəlmiş yeni akademik modeldir: “Bir məqalə, iki nəsil” layihəsi müəllim təcrübəsi ilə tələbə yaradıcılığını birləşdirərək elmi biliklərin nəsillər arasında ötürülməsinə, gənclərin tədqiqatçı kimi formalaşmasına və universitetlərdə elmi fəaliyyətin daha da canlanmasına xidmət edəcək” Layihə Humanitar və sosial elmlər fakültəsi üzrə artıq ilk nəticələrini verməyə başlayıb. Belə ki, tarix üzrə fəlsəfə doktoru Səbinə Məmmədli və II kurs tələbəsi Nərmin Səmidova, fəlsəfə üzrə fəlsəfə doktoru Elçin Həsənli və III kurs tələbəsi Ömər İsmayılov, gənc tədqiqatçı Babək Məhərrəmov və III kurs tələbəsi Bəsdi Ağalıyeva tərəfindən hazırlanmış elmi tədqiqatlar müxtəlif elmi nəşrlərdə çap olunur Qeyd edək ki, müasir ali təhsil sistemində tələbə-müəllim həmmüəllifliyi dünyanın aparıcı universitetlərinin akademik ənənələrinin mühüm tərkib hissəsi hesab olunur. ABŞ, Böyük Britaniya, Kanada, Almaniya və Avstraliya universitetlərində tələbələr hələ təhsil aldıqları dövrdə professor-müəllim heyəti ilə birgə elmi tədqiqatlara cəlb edilir, elmi nəşrlərdə həmmüəllif kimi çıxış edirlər. Bu dövlətlərin universitetlərində bu təşəbbüs xüsusi proqram formatında həyata keçirilir. Azərbaycanda isə bu model kafedra səviyyəsində sistemli, davamlı və institusional layihə formasında bu günə qədər olmayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler