Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Milli Məclisdə müzakirə olunan uşaqların rəqəmsal mühitdə müdafiəsinə dair qanun layihəsi müasir dövrün çağırışlarından irəli gələn mühüm qanunvericilik təşəbbüsüdür. Son illər Milli Məclis uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz və sağlam mühitdə inkişafının təmin edilməsi istiqamətind

0 baxışazertag.az
Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH
Paylaş:

Milli Məclisdə müzakirə olunan uşaqların rəqəmsal mühitdə müdafiəsinə dair qanun layihəsi müasir dövrün çağırışlarından irəli gələn mühüm qanunvericilik təşəbbüsüdür. Son illər Milli Məclis uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz və sağlam mühitdə inkişafının təmin edilməsi istiqamətində ardıcıl və sistemli qanunvericilik fəaliyyəti həyata keçirir. Təqdim olunan qanun layihəsi də məhz bu siyasətin davamı olmaqla, uşaqların rəqəmsal məkanda təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib Deputat bildirib ki, müasir dövrdə internet və sosial şəbəkələr uşaqlara geniş imkanlar yaratsa da, onları müxtəlif təhlükələrlə, o cümlədən zorakılığı təbliğ edən məzmunlar, kibertəqib, psixoloji manipulyasiya, dezinformasiya və digər zərərli təsirlərlə qarşı-qarşıya qoyur. Buna görə də uşaqların rəqəmsal mühitdə qorunması artıq yalnız ailələrin deyil, dövlətin və cəmiyyətin də mühüm vəzifəsinə çevrilib O qeyd edib ki, rəqəmsal platformalara qoşulmanın yaş həddinin qanunla tənzimlənməsi ilə bağlı dünyanın bir sıra ölkələrində uğurlu təcrübələr mövcuddur. Bir çox dövlətlər uşaqların sosial media platformalarından istifadəsinə yaş məhdudiyyətləri tətbiq edir, valideyn razılığı və yaşın təsdiqlənməsi mexanizmlərindən istifadə edirlər. Azərbaycan da bu sahədə beynəlxalq təcrübəni nəzərə alaraq uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır. Layihəyə əsasən, 16 yaşadək uşaqların fiziki və psixoloji sağlamlığının mühafizəsi, onların müxtəlif sövqedici və təhrikedici çağırışlardan qorunması məqsədilə sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaşı 16 müəyyən edilir. Həmin yanaşma uşaqların yaşlarına uyğun olmayan məzmunlardan və onların inkişafına mənfi təsir göstərə biləcək risklərdən qorunmasına xidmət edir. Eyni zamanda, platforma provayderlərinin yaş məhdudiyyətlərinin tətbiqini təmin etmək üçün bank kartı, elektron poçt və mobil nömrəəsaslı yaş doğrulama mexanizmlərini tətbiq etməsi nəzərdə tutulur. Bu mexanizmlər uşaqların yaş məhdudiyyətlərini aşaraq platformalarda nəzarətsiz fəaliyyət göstərməsinin qarşısını almağa yönəlib: “Qanun layihəsində 16-18 yaş qrupu üçün daha çevik, lakin nəzarətli yanaşma müəyyən edilir. Bu yaş kateqoriyasına aid yeniyetmələr valideyn və ya qanuni nümayəndənin razılığı əsasında sosial şəbəkələrdə və digər rəqəmsal platformalarda hesab yarada biləcəklər. Beləliklə, həm yeniyetmələrin rəqəmsal imkanlardan istifadə hüququ təmin olunur, həm də valideyn nəzarəti mexanizmi qorunub saxlanılır” Sevinc Hüseynovanın sözlərinə görə, layihənin mühüm istiqamətlərindən biri də fərdi məlumatların mühafizəsidir. Belə ki, uşaqlara və yeniyetmələrə aid şəxsi məlumatların kənar şəxslərə ötürülməsi yolverilməz hesab edilir. Bu norma onların şəxsi həyatının toxunulmazlığını, informasiya təhlükəsizliyini və rəqəmsal hüquqlarını daha etibarlı şəkildə qorumağa xidmət edir Deputat vurğulayıb ki, qanun layihəsinin aktuallığını təsdiqləyən mühüm göstəricilərdən biri də beynəlxalq statistikadır. “Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, yeniyetmələrin 35 faizi gün ərzində orta hesabla 5 saatdan çox vaxtını telefon və digər rəqəmsal cihazlardan istifadə etməklə keçirir. Bu fakt göstərir ki, rəqəmsal mühit artıq uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib və onların bu mühitdə təhlükəsizliyinin təmin olunması üçün daha effektiv hüquqi mexanizmlərə ehtiyac var. Odur ki, təqdim olunan qanun layihəsi uşaqların sağlam inkişafının təmin olunmasına, onların rəqəmsal mühitdə hüquq və təhlükəsizliyinin qorunmasına, valideyn məsuliyyətinin gücləndirilməsinə və platforma provayderlərinin məsuliyyətinin artırılmasına mühüm töhfə verəcək. Bu təşəbbüs ölkəmizdə uşaqların müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasətinin növbəti mühüm mərhələsi olmaqla yanaşı, beynəlxalq təcrübəyə uyğun müasir və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasına xidmət edir”, - deyə o bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler