Azərbaycan Türkiyədən "KAAN" qırıcıları almaq niyyətindədir
Türkiyənin Müdafiə Sənayesi Baş İdarəsi (SSB) ilə "TUSAŞ" (Türk Havacılık ve Uzay Sanayii) şirkəti arasında 5-ci nəsil milli döyüş təyyarəsi "KAAN"ın tədarükünə dair mühüm müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət Türkiyə Hərbi Hava Qüvvələrinə ilk mərhələdə 20 ədəd "KAAN" qırıcısı çatdıracaq. B

Türkiyənin Müdafiə Sənayesi Baş İdarəsi (SSB) ilə "TUSAŞ" (Türk Havacılık ve Uzay Sanayii) şirkəti arasında 5-ci nəsil milli döyüş təyyarəsi "KAAN"ın tədarükünə dair mühüm müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət Türkiyə Hərbi Hava Qüvvələrinə ilk mərhələdə 20 ədəd "KAAN" qırıcısı çatdıracaq. Bu, Türkiyə milli hərbi sənayesi tərəfindən hazırlanan 5-ci nəsil qırıcıların seriyalı istehsalına dair imzalanmış ilk rəsmi müqavilədir Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, yerli hərbi sənaye sahəsində ixtisaslaşmış "Turkish Century" ("X" sosial şəbəkəsi) platformasının yaydığı məlumata görə, 2035-ci ilə qədər Türkiyə də daxil olmaqla ümumilikdə 9 ölkə "KAAN" qırıcılarını öz silahlanmasına daxil etməyi planlaşdırır Mənbə xarici ölkələrin bu qırıcılara olan marağını və sifariş siyahısını bu şəkildə təqdim edib: Hərbi ekspertlərin fikrincə, layihənin qarşısında duran ən ciddi çətinliklərdən biri Türkiyənin sıfırdan qırıcı təyyarə istehsalı sahəsində böyük təcrübəsinin olmaması və xüsusilə yerli reaktiv mühərrikin hazırlanması prosesidir. Mütəxəssislər qeyd edirlər ki, yeni nəsil reaktiv mühərrikin tamamilə sıfırdan və müstəqil şəkildə hazırlanması təxminən 30 il vaxt tələb edə bilər Məhz bu səbəbdən, ilk mərhələdə istehsal olunacaq türk qırıcılarına idxal mühərriklərin (ABŞ istehsalı olan "General Electric F110") quraşdırılması, paralel olaraq isə yerli mühərrikin hazırlanması prosesinin sürətləndirilməsi planlaşdırılır


