Azərbaycan "TikTok"la uşaqların sosial media platformalarına çıxışı ilə bağlı qanunvericiliyə dəyişiklikləri müzakirə edib
Azərbaycan "TikTok"la uşaqların sosial media platformalarına çıxışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklikləri müzakirə edib Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib Məlumata görə, müzakirələr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Hə

Azərbaycan "TikTok"la uşaqların sosial media platformalarına çıxışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklikləri müzakirə edib Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib Məlumata görə, müzakirələr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun "TikTok" platformasının nümayəndələri ilə görüşündə baş tutub Tərəflər rəqəmsal savadlılığın artırılması, təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi, yerli rəqəmsal startapların təşviqi barədə fikir mübadiləsi aparıblar Görüşdə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları, o cümlədən "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində "TikTok"un potensial iştirakı müzakirə olunub. Həmçinin təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması və innovasiya ekosisteminin dəstəklənməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


