Azərbaycan Serbiya ilə enerji əməkdaşlığını müzakirə edib
Azərbaycan və Serbiya arasında iqtisadi və enerji əməkdaşlığı müzakirə olunub "Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib Məlumata əsasən, müzakirələr Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə Ser

Azərbaycan və Serbiya arasında iqtisadi və enerji əməkdaşlığı müzakirə olunub "Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib Məlumata əsasən, müzakirələr Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviçlə görüşdə aparılıb "Görüşdə ölkələrimizin strateji tərəfdaşlığını və iqtisadi münasibətlərin inkişaf dinamikasını qeyd etdik. Enerji, "yaşıl texnologiya"lar, infrastruktur, sənaye və investisiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, SOCAR ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər və potensial layihələr barədə müzakirələr apardıq", - nazir qeyd edib Görüşdə ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. İqtisadi münasibətlərin, xüsusilə enerji sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyi qeyd edilib. Bu ilin əvvəlində keçirilən Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olduğu bildirilib. Azərbaycanda formalaşmış müsbət sərmayə mühiti haqqında məlumat verilib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


