“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib
Türkiyənin “TRT Türk” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunub Bununla bağlı AZƏRTAC-a danışan proqramın müəllifi və aparıcısı, İstanbul Üniversitesinin doktorantı Səidə Ömər verilişdə Ümummilli Lider Heydər Əliyevin hö

Türkiyənin “TRT Türk” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunub Bununla bağlı AZƏRTAC-a danışan proqramın müəllifi və aparıcısı, İstanbul Üniversitesinin doktorantı Səidə Ömər verilişdə Ümummilli Lider Heydər Əliyevin hörmət və minnətdarlıqla yad edildiyini bildirib “15 İyun Azərbaycan tarixinin ən mənalı və qürurverici günlərindən biridir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtması ilə Azərbaycan böyük siyasi böhrandan çıxaraq sabitlik və güclənmə yolunda mühüm addım atdı. Bu tarix yalnız bir liderin qayıdışı deyil, həm də dövlətin parçalanmaq təhlükəsindən xilas olmasının və milli birliyin yenidən bərpa edilməsinin rəmzidir. Həmin çətin günlərdə nümayiş etdirilən qətiyyət, xalqın iradəsi və güclü liderlik sayəsində Azərbaycan bu gün müstəqil, qüdrətli və gələcəyə ümidlə baxan bir dövlətə çevrilib. Bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox düzgün istiqamətdə aparılması isə ölkəmizin dünyada hər gün daha da artan nüfuzunun göstəricisidir”, - deyə müəllif bildirib O, qeyd edib ki, bu gün biz sülhün hökm sürdüyü, firavan və bütöv Azərbaycanın vətəndaşları olmağın qürurunu yaşayırıq. Bu, bir ölkənin başlıca amillərindən biridir:”Ulu Öndər Heydər Əliyev üzərinə götürdüyü xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada hökm sürən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bir respublikada ictimai-siyasi sabitlik olmazsa, sağlam ictimai-siyasi mühit formalaşmazsa, heç bir sosial-iqtisadi proqramdan və problemlərin həllindən danışmaq olmaz” Proqramda Azərbaycanın tanlnmış bəstəkarlarının əsərləri və ölkəmizə aid şeirlər səsləndirilib Qeyd edək ki, proqramın prodüseri Hafizə Batmaz, texniki rejissoru, müəllifi və aparıcısı Səidə Ömərdir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


